searchSearch
contact us
Azərkosmos Özbəkistanla əməkdaşlığı genişləndirir

Azərkosmos Özbəkistanla əməkdaşlığı genişləndirir

Azərkosmos Özbəkistanın Kosmik Tədqiqatlar və Texnologiyalar Agentliyi – Uzbekkosmos ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının kosmik agentlik rəhbərlərinin toplantısı çərçivəsində imzalanan müqavilədə Azərbaycan və Özbəkistan arasında kosmik sahədə fəaliyyətlərin genişləndirilməsi nəzərdə tutulub.


İkitərəfli əməkdaşlıq çərçivəsində Azərkosmos Özbəkistan Respublikasının ərazisində torpaqların şoranlıq dərəcəsinin ilkin qiymətləndirilməsi üçün pilot layihə həyata keçirəcək. 


Ümumiyyətlə Özbəkistanın su ehtiyatlarının əsas hissəsi, 80-90%-i əkinçilik ehtiyacları üçün istifadə olunur. Bu sahədə quraqlıq sahələrinin qiymətləndirilməsində peyk texnologiyaların istifadəsinə geniş yer verilir. Sözügedən layihə çərçivəsində də Azərkosmosun kosmik həlləri və coğrafi informasiya xidmətləri üzrə təcrübəsi əsasında torpaqlarin şorlaşma dərəcələrini müəyyən etmək mümkün olacaq. Həmçinin, bu sahədə Azərbaycan və özbək mütəxəssisləri arasında təcrübə mübadiləsi də aparılacaq. 


Qeyd edək ki, hazırda dünyada iqlim, peyk və ətraf mühit məlumatlarını birləşdirən quraqlıq ərazilərin indeksləri hazırlanmışdır. Peyk təsvirləri ilə toplanmış məlumatlar torpaqların quru səthinin temperaturu, buxarlanma, torpaq rütubəti və yağıntı daxil olmaqla quraqlıqla bağlı bir neçə əsas dəyişənləri qiymətləndirmək üçün istifadə edilir.


image

Bizimlə əlaqə

Peşəkar komandamız sizi maraqlandıran sual və sorğularınıza cavab verməyə hər zaman hazırdır.