Bildiriş

"Azərkosmos" ASC tərəfindən “Mercedes Sprinter markalı vaqon tipli nəqliyyat vasitəsinin mühərrikinin (M 651 CDİ) alınması və quraşdırılması işlərinin satınalınması”na dair 27 dekabr 2017–ci il tarixində www.azercosmos.az və 28 dekabr 2017-ci il tarixində www.tender.gov.az saytlarında elan edilmiş kotirovka sorğusunun vaxtı uzadılmışdır.

Kotirovka sorğusuna dair təklif zərfləri 15 yanvar 2018-ci il saat 18:00-dək qəbul olunacaq. Təklif zərflərinin açılışı müvafiq olaraq 16 yanvar 2018-ci il saat 12:30-da keçiriləcək.