Bildiriş

“Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti 2018-ci ildə Gürcüstan Respublikasında icra hərəkətlərinin yerinə yetirilməsi üçün hüquq xidmətinin satınalınmasına dair kotirovka sorğusu keçirir və xidmət göstərən şirkətləri qeyd olunan sorğuda iştiraka dəvət edir.

Kotirovka təklifləri qapalı zərfdə, imzalanıb möhürlənərək Bakı şəhəri, Ü.Hacıbəyli, 72, M5 nömrəli ünvanda yerləşən “Azərkosmos” ASC-yə 19 fevral 2018-ci il saat 18:00-a qədər təqdim olunmalıdır. Bu müddətdən gec təqdim olunmuş zərflər qəbul edilməyəcək. Təkliflər paketi 20 fevral 2018-ci il saat 12:00-da qeyd olunan ünvanda açılacaqdır.  Zərflərin açılışı ilə bağlı iclasda iştirak etmək istəyən iddiaçı şirkətlər nümayəndələrinin adına etibarnamə təqdim etməlidirlər.

Əlaqə nömrəsi: +99412 565-00-55