Azərkosmos” ASC-nin Qafqazda ilk peyk operatoru olması ilə bağlı “Bakutel” telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransında müsahibə

Nigar Mədətli, “Azərkosmos” şirkətinin ictimaiyyətlə əlaqələr üzrə meneceri. Azərbaycan hökumətinin iqtisadi diversifikasiya və yeni sənaye sahələrinin tətbiqi üzrə geniş plan çərçivəsində həyata keçirdiyi strateji layihələrdən biri də ölkənin ilk telekommunikasiya peykinin orbitə buraxılmasıdır. 2013-cü ilin əvvəllərində orbitə buraxılacaq ilk telekommunikasiya peyki – “Azerspace” ilə yanaşı, yaxın gələcəkdə, yəni 2015-ci ildə Yer planetinin bir aşağı orbitli peykini, qarşıdan gələn illərdə isə digər telekommunikasiya peyklərini fəzaya buraxmaq nəzərdə tutulur. Azərbaycan hökuməti ölkədə İKT ilə bağlı inkişaf üçün real perspektivləri görərək dünya kosmos iqtisadiyyatında təkmilləşdirmələrin yaratdığı fürsətlərdən bəhrələnməyi qərara alıb. İndiyədək orbitdə öz peykləri olan bu qədər çox ölkə olmamışdır – indi belə ölkələrin sayı 50-dən yuxarıdır. Dünya kosmos iqtisadiyyatının həcmi son altı il ərzində fasiləsiz surətdə artaraq əvvəlki illərlə müqayisədə daha yüksək sürətlə inkişaf edir. Dünya kosmos iqtisadiyyatı 2011-ci ildə 12% artıma nail olaraq öz ümumi dövriyyəsini təxminən 289,77 milyard ABŞ dollarına çatdırmışdır. 2011-ci ildə kosmik kommersiya məhsulları və xidmətləri üzrə ümumi gəlir təxminən 110,53 milyard ABŞ dolları təşkil etmişdir ki, bu da 2010-cu ilin 101,73 milyard ABŞ dollarına bərabər müvafiq göstəricisindən 9% artıqdır. Bu yekun məbləğ peyk yayımı, habelə rabitə xidmətləri və Yer planetini müşahidə məhsullarından qazanılan gəlirləri ehtiva edir. “Azərkosmos” Qafqazda ilk peyk operatoru olaraq 2010-cu ildə Prezident İlham Əliyevin fərmanı ilə Azərbaycanın ilk kosmos layihəsinin kommersiyalaşdırılması üçün təsis edilmişdir. Özünün bir illik fəaliyyəti ərzində “Azərkosmos” şirkəti istehsal, istismaravermə və istehsal avadanlığını icarəyə götürmə fəaliyyətlərinə dünyanın hər yerindən, o cümlədən ABŞ, Fransa, Kanada və Malayziyadan şirkətləri cəlb edərək “US EXIM” və “French BNP Paribas” kimi yüksək nüfuzlu banklar və digər vasitəçi banklar tərəfindən maliyyələşdirməni təmin edə bilmişdir. Qeyd etmək lazımdır ki, bütün layihənin yalnız 15%-i dövlət tərəfindən maliyyələşdirilmiş, maliyyələşdirilmənin qalan hissəsi isə yuxarıda qeyd olunan banklarla əməkdaşlıq çərçivəsində təmin olunmuşdur. “Azerspace-1” peykinin fəzaya buraxılmasının maliyyələşdirilməsinə dair kredit sazişi “Global Trade Review” jurnalı tərəfindən “2011-ci ilin ən yaxşı maliyyə sövdələşmələri” siyahısına daxil edilib. “Azərkosmos” şirkəti həmçinin “Azerspace-1” üçün etibarlı sığorta təminatı və 1999-cu ildən bəri peyk sığortalanması bazarında ən aşağı və yüksək rəqabət qabiliyyətli sığorta kompensasiyası normasını təmin etməyə də müvəffəq olmuşdur. “Azərkosmos” şirkəti növbəti 15 il üçün peyk fəzaya buraxılmazdan əvvəlki layihə səhmlərinin 40%-ni artıq satmışdır və bu fakt hətta bu sahənin ən nəhəng peyk şirkətlərini də heyrətə gətirə bilər. Biz “Azərkosmos” şirkəti olaraq başa düşürük ki, layihəmizin uzunmüddətli texniki-iqtisadi əsaslandırılması və davamlılığını təmin etmək üçün korporativ idarəçilik üsullarını tətbiq etməliyik. Biz əminliklə deyə bilərik ki, biz bu baxımdan düzgün yol seçərək əsas diqqətimizi birinci dərəcəli prioritetimiz olan bacarıqların öyrədilməsi və kadr ehtiyatlarının hazırlanması məsələlərinə yönəltmişik. Biz həmçinin əminik ki, “BakuTel” sərgisində davamlı iştirakımız bu məsələlərin həllinə öz böyük töhfəsini verə biləcək, belə ki, sözügedən sərgi regionda yüksək səviyyəli və ixtisaslaşdırılmış əsas tədbirlərdən birinə çevrilməyə müvəffəq olub. Mənbə: http://www.bakutel.az/2013/?p=news__read&t=top&q=28&l=az