Korporativ məsuliyyətimiz kosmos sahəsində istedadlı kadrların hazırlanmasına və inkişafına töhfə vermək, innovativ kosmik ekosistemi idarə etmək, gənclər arasında liderlik, komanda işi və yaradıcılığı təşviq etmək, cəmiyyətin rifahını artırmaq və digər bu kimi məqsədlər ətrafında qurulub.
Bizim təhsil layihələrimiz gənclər arasında kosmosu təşviq etmək və kosmosla bağlı layihələrin həyata keçirilməsi üçün bilik, bacarıq və təcrübələrin yayılmasına kömək etmək məqsədi daşıyır. Prioritetlərimizdən biri olan təhsil kosmik sənayedə gələcək istedadların yetişdirilməsinin əsas komponentlərindən biridir.
Xidmət və həllərimizi davamlı olaraq optimallaşdırmaqla, eyni zamanda çevikliyi və təbii dəyişikliyi qəbul etməklə, Azərbaycan gəncləri arasında yüksək texnologiyalar və kosmosla bağlı bilik və bacarıqların daha səmərəli təşviq olunmasına kömək edirik. Tərəfimizdən mütəmadi olaraq həyata keçirilən innovativ müsabiqələr və startap layihələri kosmik icmamızın böyüməsinə töhfə verir.