searchSearch
contact us
Saməddin Əsədov

Saməddin Əsədov

İdarə Heyətinin Sədri

Saməddin Əsədov Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2021-ci ildə Azərbaycan Respublikasının Kosmik Agentliyi – Azərkosmosun İdarə Heyətinin sədri vəzifəsinə təyin olunmuşdur.


O, 2014-2021-ci illərdə Azərkosmosda Maliyyə departamentinin direktoru kimi fəaliyyət göstərmiş, 2011-2014-cü illərdə burada müxtəlif vəzifələrdə çalışmışdır. 2007-2011-ci illərdə isə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Maliyyə, mühasibat uçotu və iqtisadi təhlil departamentinin əməkdaşı olmuşdur.


Saməddin Əsədov Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə və kredit üzrə bakalavr və magistr təhsili almış, ADA və Dyuk Universitetinin (ABŞ) Fuqua Biznes Məktəbinin Adaptiv Strateji İdarəetmə Proqramında iştirak etmiş, eyni zamanda ADA Universitetinin Maastrixt Menecment Məktəbi ilə birgə təşkil olunmuş strateji idarəetmə üzrə ixtisasartırma kursunu bitirmişdir.

Görüş vaxtı:

Hər həftənin çərşənbə axşamı günü, 17:00-dan 18:00-a qədər

image

Bizimlə əlaqə

Peşəkar komandamız sizi maraqlandıran sual və sorğularınıza cavab verməyə hər zaman hazırdır.