MİSSİYA, BAXIŞ VƏ DƏYƏRLƏRİMİZ

Missiya, baxış və dəyərlərimiz gələcək planlar, məqsəd və niyyətimiz, tərəfdaşlarımızla əlaqələrimiz və ümumi fəaliyyətimiz üçün əsaslı çərçivə yaradır.

MİSSİYAMIZ

Sülh və rifah naminə qabaqcıl texnologiyalara əsaslanan fərdi həllər yaratmaq.

BAXIŞIMIZ

Azərbaycanı qlobal kosmik sənayenin aparıcı qüvvələrindən birinə çevirmək.

DƏYƏRLƏRİMİZ

Komanda ruhu

Gördüyümüz hər işdə komanda ruhunu yüksək qiymətləndirir və qərarların qəbul edilməsində müxtəlif fikirlərin nəzərə alınmasını dəstəkləyirik. Eyni zamanda qarşılıqlı hörmət çərçivəsində bilik və təcrübə mübadiləsini təşviq edirik.

Çeviklik

Müştərilərimizin fərdi tələbatlarını qarşılamaq üçün çevikliyi qoruyaraq baş verən dəyişikliklərə sürətlə uyğunlaşırıq. Mövcud təcrübəni təkmilləşdirmək üçün əlimizdən gələni edir, əlimizdə olan və yeni yaranan imkanlara çevik reaksiya veririk.

Dürüstlük

Qanun və etik prinsiplərimiz çərçivəsində bir-birimizlə və tərəfdaşlarımızla münasibətdə dürüst davranırıq. Şirkətimizə qarşı sahiblik hissi duyur və onun resurslarını öz resurslarımız kimi idarə edirik.

Öyrənməyə maraq

Davamlı olaraq fəaliyyətimizi optimallaşdıraraq yeni biznes imkanları axtarır, status-kvo ilə məntiq çərçivəsində razılaşmırıq. İnanırıq ki, yenilikçilik bizim qanımızdadır.

Peşəkarlıq

Hər bir məqsədə sadiqik və əməllərimizə görə məsuliyyət daşıyırıq. Biz biznesdə yüksək nəticələr əldə etmək üçün öyrənməyə, bilik və bacarıqlarımızı inkişaf etdirməyə, eləcə də əməliyyatlarımızı sistemləşdirməyə çalışırıq.

Şəfqət

Tərəfdaşlarımızla qarşılıqlı etibar və hörmət çərçivəsində ünsiyyət qurur, hamı ilə bərabər davranırıq. Fərqli mövqe və fikirlərə hörmət edərək tolerantlıq və inklüzivlik prinsiplərini dəstəkləyirik.