BİZ KİMİK

Azərbaycanı qlobal kosmik sənayenin aparıcı qüvvələrindən birinə çevirmək məqsədilə peyk donanmamız vasitəsilə müştərilərimizə yüksək keyfiyyətli və etibarlı telekommunikasiya, eləcə də Yerin müşahidəsi üzrə xidmət və həllər təqdim edirik.

DÜNƏNİMİZ

Azərkosmos peyk xidmət və həllərinə daima artan qlobal tələbatı qarşılamaq üçün 2010-cu ildə regionda ilk peyk operatoru kimi yaradılmışdır. Artıq on ildən çoxdur ki, tərəfdaşlarımıza peyklərimiz vasitəsilə telekommunikasiya və Yerin müşahidəsi xidmətlərini təqdim edir, bu sahədə sürətlə dəyişən tendensiyalara uyğunlaşmaq üçün davamlı olaraq yeni məhsul, xidmət və həllərin yaradılması üzərində işləyirik.

BU GÜNÜMÜZ

Hazırda Azərbaycan Respublikasının Kosmik Agentliyi olaraq nəinki 3 peyk vasitəsilə geniş spektrli xidmət və həllər təqdim edir, həm də texnoloji tərəqqiyə dəstək verir, kosmik sahədə beynəlxalq əməkdaşlığı təşviq edir, tədqiqat və inkişaf fəaliyyəti ilə məşğul olur, qlobal layihələrdə iştirak edirik.

SABAHIMIZ

Azərbaycanda innovativ kosmik ekosistemin inkişafında baş rol oynayaraq fəaliyyətimizi təkmilləşdirməyə, yeni xidmətlər və həllər təqdim etməyə, istedadlı kadrların yetişdirilməsinə diqqət yetiririk. Gələcək nəsillər üçün inkişaf etmiş və təhlükəsiz dünya yaratmaq niyyətindəyik və qlobal kosmik sənayenin aparıcı qüvvələrindən biri olmağı hədəfləyirik.