Fəaliyyətimiz ərzində müxtəlif ölkələrin kosmik təşkilat və agentlikləri ilə sıx əlaqələr quraraq bu sahədə beynəlxalq əməkdaşlığı dəstəkləyirik. Biz həmçinin kosmos sahəsində ən nüfuzlu beynəlxalq tədbir olan Beynəlxalq Astronavtika Konqresinin 2023-cü ildə Bakıda keçirilməsini təmin edərək böyük bir nailiyyətə imza atmışıq.
Biz kosmik sənayedə sıx əlaqələrin qurulmasını təmin etmək üçün beynəlxalq tərəfdaşlarımızla əməkdaşlığa xüsusi diqqət yetiririk.
Müxtəlif beynəlxalq və regional təşkilatlarda üzvlük və təmsilçiliyi artırmaqla, biz kosmik sahədə qlobal əməkdaşlıq və koordinasiyanı təşviq etməyi hədəfləyirik.
Biz kosmosla bağlı müxtəlif layihələrdə iştirakımızı tənzimləyən bir sıra beynəlxalq müqavilə bağlamışıq.
2019-cu ildə Bakı kosmik sahənin ən nüfuzlu tədbirlərindən olan Beynəlxalq Astronavtika Konqresinin (IAC) ev sahibi seçildi. Konqres zamanı beynəlxalq kosmik sənayenin altı mindən çox nümayəndəsi ölkəmizdə bir araya gələcək və biz qürur hissi ilə 2023-cü ildə qlobal kosmos ictimaiyyətini Bakıda qəbul edəcəyik.
Ətraflı