TƏDQİQAT VƏ İNKİŞAF

Biz proqram təminatının inkişafı, süni intellekt, aerokosmik mühəndislik və robototexnika kimi sahələrdə ixtisaslaşan parlaq zehinləri bir araya gətirərək tədqiqat və inkişaf fəaliyyətimiz vasitəsilə elmi-texniki tərəqqiyə töhfə veririk.

PROQRAM MÜHƏNDİSLİYİ

Biz proqram təminatı və müxtəlif platformalar üzərində işləyən ixtisaslı proqram mühəndislərini bir araya gətiririk. Bu fəaliyyətlər korporativ proqram təminatının və vebsaytların idarə edilməsinin mərkəzləşdirilməsinə yönəlib.

SÜNİ İNTELLEKT

Müasir texnologiyalar tez və dəqiq qərarlar qəbul etməyə imkan yaratdığından təsvirlərin işlənməsi və məlumatların toplanmasının avtomatlaşdırılmasına xüsusi diqqət yetiririk. Bu gün biz peyk təsvirlərinin emalı, obyektlərin identifikasiyası və dəyişikliklərin aşkarlanması üçün ən son texnologiyaların, xüsusilə süni intellektin, neyron şəbəkələrinin və maşın öyrənməsinin tətbiqi sahəsində araşdırmalar aparırıq.

AEROKOSMİK MÜHƏNDİSLİK VƏ ROBOTOTEXNİKA

Aerokosmik mühəndislik və robototexnika qrupumuzun fəaliyyəti iki əsas istiqamətdə həyata keçirilir - Azərbaycanda yüksək texnologiyaların inkişafına töhfə verən kiçik peyklərin və pilotsuz uçuş aparatlarının dizaynı.