AEROKOSMİK MÜHƏNDİSLİK VƏ ROBOTOTEXNİKA

Aerokosmik mühəndislik və robototexnika qrupumuzun fəaliyyəti iki əsas istiqamətdə həyata keçirilir - Azərbaycanda yüksək texnologiyaların inkişafına töhfə verən kiçik peyklərin və pilotsuz uçuş aparatlarının dizaynı.

KİÇİK BURAXMA AVADANLIĞI

Komandamız sabit uçuşu və faydalı yükün çıxarılmasını təmin edən, partlayıcı və alışan komponentləri olmayan avadanlıq və mexanizm tərtib etmişdir. Bundan əlavə, faydalı yükü cihazdan ayırmaq üçün tələb olunan gecikmə müddəti mexaniki təsir olmadan proqram təminatı vasitəsilə tənzimlənə bilər.

PUA-LARIN YARADILMASI

Pilotsuz uçuş aparatı (PUA) müxtəlif əməliyyatları yerinə yetirmək üçün nəzərdə tutulmuş tam funksional avtomatik qurğudur. Komandamız tərəfindən hazırlanmış PUA yüksək qabiliyyətli kompüter və pilotsuz idarəetməni təmin etmək üçün qabaqcıl texnologiya ilə təchiz edilmişdir. PUA lazımi məlumatları əldə edərək onları dərhal təhlil edir, həmçinin sabit uçuşu təmin etmək üçün bortda nəzarəti həyata keçirir.

KHAMSA YERÜSTÜ NƏZARƏT STANSİYASI

KHAMSA mütəxəssislərimiz tərəfindən hazırlanmış PUA-ların idarə edilməsi və monitorinqi üçün yaradılmış yerüstü idarəetmə stansiyası üzrə proqram təminatıdır. İstifadəçilər bort kamerasından canlı yayım ilə aparatın cari yerini göstərən bu proqram vasitəsilə PUA-ya əmrlər göndərə və buraxılış mərhələsindən başlayaraq marşrutu müşahidə edə bilərlər.

PUA-LAR ÜÇÜN ELEKTRİK TƏCHİZAT CİHAZI

PUA-nın qaldırıcı qüvvə yaratmaq üçün elektrik enerjisinə daimi ehtiyacını nəzərə alsaq, batareyanın dəyişdirilməsinə yüksək tələbat var. Mühəndislərimiz tərəfindən yaradılmış avtonom PUA elektrik təchizatı stansiyalarının istifadəsi akkumulyatorlardan asılılığı azaltmağa və insan resurslarını daha səmərəli idarə etməyə imkan verir.

AKKUMULYATOR İDARƏETMƏ QURĞUSU

PUA-ların balanslı şəkildə elektrik enerjisi ilə təmin olunmasına nail olmaq üçün mühəndislərimiz universal modul formasında Akkumulyator İdarəetmə Qurğusu üzərində işləyirlər. Bu, hər bir bölmə üçün gərginliyi dəqiq ölçməyə, batareyanın ömrünü artırmağa və birbaşa avtonom şarj tətbiq etməyə imkan verir.