PROQRAM MÜHƏNDİSLİYİ

Biz proqram təminatı və müxtəlif platformalar üzərində işləyən ixtisaslı proqram mühəndislərini bir araya gətiririk. Bu fəaliyyətlər korporativ proqram təminatının və vebsaytların idarə edilməsinin mərkəzləşdirilməsinə yönəlib.

MRP SİSTEMİ

Müəssisə Resurslarının Planlaşdırılması sistemimiz iş proseslərinin avtomatlaşdırılması və rəqəmsallaşdırılması üçün proqram mühəndislərimiz tərəfindən hazırlanmışdır. Bu səmərəli platformanın əsas məqsədi müxtəlif departamentlər arasında əlaqələndirməni təkmilləşdirmək və səhvlərə yol verilməsi riskini azaltmaqdır.

-

ORBIT.AZERCOSMOS.AZ PLATFORMASI

Peyk orbitlərini simulyasiya etmək üçün yaradılmış bu platforma istifadəçilərə eyni vaxtda müxtəlif peyklərin orbitlərini izləmək və onların keçmiş və gələcək mövqelərini görmək imkanı verir.