Azərkosmos hansı telekommunikasiya xidmətləri göstərir?
Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olaraq biz etibarlı peyk rabitə xidmət və həlləri təqdim edirik. Biz Avropa, Yaxın Şərq, Mərkəzi və Cənubi Asiya və Afrikadakı tərəfdaşlarımıza yüksək keyfiyyətli video, data və teleport xidmət və həlləri təklif edirik.
Azərkosmosun neçə telekommunikasiya peyki var?
Bizim iki telekommunikasiya peykimiz var - Azerspace-1 və Azerspace-2.
Azerspace-1 və Azerspace-2 peykləri arasında fərq nədən ibarətdir?
Həm Azerspace-1, həm də Azerspace-2 telekommunikasiya peykləridir və televiziya və radio yayımı, data və genişzolaqlı xidmət və həlləri təklif edir. Onların fərqləri texniki göstəriciləri və faydalı yüklərindədir.
Azərkosmos hansı video xidmətləri göstərir?
Yayımçılar peyklərimiz vasitəsilə dünya üzrə milyonlarla insan auditoriyasına tez bir zamanda çata və geniş çeşiddə video xidmət və həllərindən, o cümlədən video göndərilməsi və yayımı, qısamüddətli yayım istifadəsi və digər xidmətlərdən yararlana bilər.
Azərkosmos telekommunikasiya peykləri hansı diapazonlarda peyk xidmətləri göstərir?
Azerspace-1 C və Ku diapazonlarında, Azerspace-2 isə Ku diapazonunda peyk xidmətləri göstərir.
Azərkosmos telekommunikasiya peyklərinin yayım şüaları hansılardır?
Telekommunikasiya peyklərimiz yer kürəsinin 1/3 hissəsini əhatə edir. Azerspace-1 şüalarına C diapazonu üzərindən Mərkəzi Asiya və Avropa şüaları, Afrika və Avropa şüaları, eləcə də Ku diapazonu üzərindən Avropa və Mərkəzi Asiya şüaları daxildir. Azerspace-2 şüaları isə Ku diapazonu üzərindən Avropa və Asiya, Pakistan və Əfqanıstan, Qərbi Afrika və Mərkəzi Afrika şüalarıdır.
Niyə mən Azərkosmos telekommunikasiya peykləri ilə yayımlanan kanalı görə bilmirəm?
Kanalların yayımı onların yerləşdiyiniz ölkədə mövcudluğundan asılıdır. Ölkənizdə yayımlanan kanalların siyahısını görmək üçün Kanal Siyahısı səhifəsinə daxil olun.
Kanalın BISS kodunu haradan tapa bilərəm?
Azərbaycan kanallarının BISS kodları üçün “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi ilə əlaqə saxlamağınız xahiş olunur. Digər kanalların BISS kodları üçün xidmət təminatçınızla əlaqə saxlayın.
Azərkosmos hansı data xidmətləri göstərir?
Azərkosmos müxtəlif data xidmət və həlləri təklif edir, bunlara genişzolaqlı xidmətlər, VSAT xidmətləri, peyk üzərindən IP, mobil şəbəkələrdə nəqletmə və digərləri daxildir.
Data xidmətlərinin tətbiq sahələri hansılardır?
Data xidmətlərimizin tətbiq sahələrinə aviasiya, dənizçilik, dövlət idarəetməsi, teletibb, təhsil/distant təhsil, sabit və mobil həllər və bir sıra digər sahələr daxildir.
Azərkosmos peyk İnternet xidmətlərini təklif edir?
Azərkosmos dünyanın müxtəlif yerlərində və istənilən vaxt istifadə edilə bilən fasiləsiz peyk İnterneti təmin edir. Data xidmətlərimizlə bağlı hər hansı sualınız olarsa, geosales@azercosmos.az vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz.