Yerin müşahidəsi üzrə müsabiqə

Müşahidə et. Yarat. Yarış.

Müraciət et

5


il

68


iştirakçı

30


qalib

-

MÜSABİQƏ HAQQINDA

2016-cı ildən bəri keçirilən müsabiqənin əsas məqsədi peyk təsvirlərinin Azərbaycanda istifadəsini əlçatan etmək, ölkə daxilində peyk təsvirləri ilə həyata keçirilən layihələrin inkişafını sürətləndirmək, ölkəmizdə elmi fəaliyyəti təşviq etmək, sosial-iqtisadi inkişafı dəstəkləmək, eyni zamanda Yerin müşahidəsi xidmət və həllərinin müxtəlif sahələrdə tətbiq potensialını tanıtmaqdan ibarətdir. Bu elm müsabiqəsi ölkəmizin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”, eyni zamanda BMT-nin “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrası istiqamətində xüsusi əhəmiyyət kəsb edir.

KİM İŞTİRAK EDƏ BİLƏR?

Müsabiqədə 18 yaşdan yuxarı hər kəs iştirak edə bilər. İştirakçıların işlədiyi sahə və təcrübəsi ilə bağlı xüsusi bir tələb yoxdur. Müsabiqəyə universitet müəllim və tələbələri, tədqiqat institutlarının əməkdaşları, müstəqil tədqiqatçılar və ya hər hansı tədqiqatla məşğul olan dövlət/özəl sektor təmsilçiləri və digər iştirakçılar qatıla bilər.

İŞTİRAK ÜÇÜN NƏ ETMƏLİ?

Müraciətlərin qəbulu mərhələsində şərtlər ilə tanış olub aşağıda yerləşdirilmiş iştirak formasını doldurub göndərin. Formada şəxsi və əlaqə məlumatlarınız, layihənin qısa təsviri, həmçinin peyk təsvirləri ilə işləmək bacarığınıza dair məlumat əks olunmalıdır. Müraciətiniz nəzərdən keçirildikdən sonra ilkin olaraq təsdiq olunduğu halda sizə peyk təsviri üçün forma, layihəni təqdim etmək üçün isə hesabat formasını göndərəcəyik. Bu sənədləri bizə təqdim etdikdən sonra sizə emal olunmuş peyk təsvirləri göndəriləcək və layihənizi dəyərləndirmə üçün təqdim etməyə vaxtınız olacaqdır.

LAYİHƏM NƏ HAQDA OLMALIDIR?

Layihənizin müsabiqədə nəzərə alınması üçün şərtlərdən birincisi mövcud problem və onun həll yolunu təqdim edən elmi araşdırma və ya tədqiqat xarakterli olmasıdır. Eyni zamanda layihənin qısa təsvirində həmin problemi qeyd etməli və peyk təsvirinin bu problemin aradan qaldırılmasında necə istifadə ediləcəyini göstərməlisiniz. Azərbaycan Respublikasının sərhədləri daxilində olması şərtilə, istənilən tətbiq sahəsini seçə bilərsiniz. Buna misal olaraq, ətraf mühit, kənd təsərrüfatı, turizm, dənizçilik, şəhərsalma və infrastruktur, və peyk təsvirləri vasitəsilə təkmilləşdirilməsi mümkün olan digər sahələri göstərmək olar.

NƏ VAXT MÜRACİƏT ETMƏLİ?

Müraciətlər 30 noyabr tarixinə qədər qəbul ediləcəkdir. Bu tarixdən sonra gələn müraciətlər isə növbəti ilin müsabiqəsi çərçivəsində qiymətləndiriləcəkdir.

QALİBLƏRİ HANSI MÜKAFATLAR GÖZLƏYİR?

  1. İlk 3 yeri tutan iştirakçıya müvafiq olaraq 5000 AZN, 3000 AZN və 1500 AZN məbləğində pul mükafatı veriləcək.
  2. Qalib layihəyə “Copernicus Masters” müsabiqəsinə müraciət prosesində dəstək göstərilə bilər. Burada layihənin “Copernicus Masters” formatına uyğunlaşdırılması, münasib regional mükafat (Regional Prize) və kateqoriyanın (Challenge) seçilməsi, eləcə də tərcümə məsələlərində dəstək nəzərdə tutulur.
  3. Qalib layihələrin mövzusu və ideyasından asılı olaraq onların müxtəlif beynəlxalq səviyyəli nəşrlərdə dərc olunmasında və patentlərin təmin olunmasında dəstək göstəriləcək.

Mərhələlər


1

1 sentyabr, 2022

Müraciət qəbulunun başlanması

2

30 noyabr, 2022

Builki müsabiqə üçün qeydiyyatın son tarixi

3

28 fevral, 2023

Layihələrin qəbulu üçün son tarix

4

31 mart, 2023

Layihələrin qiymətləndirilməsi

5

Aprel, 2023

Qaliblərin elan olunması

Müraciət et!

Ölkədə elmi inkişafa töhfənizi vermək, innovativ ideyalarınızı həyata keçirmək və özünüzü sınayıb mükafat almaq imkanı əldə etmək istəyirsinizsə, aşağıdakı müraciət formasını doldurub müsabiqəyə qatılın.

Müraciət forması

TEZ-TEZ VERİLƏN SUALLAR

Yerin məsafədən müşahidəsi üzrə müsabiqə nə üçün keçirilir?

Müsabiqənin başlıca məqsədləri peyk təsvirləri üzərindən müxtəlif sahələr üzrə araşdırmaların aparılması, eləcə də layihə və təşəbbüslərin irəli sürülməsi vasitəsilə ölkəmizdə elmi fəaliyyəti təşviq etmək, sosial-iqtisadi inkişafı dəstəkləmək, eyni zamanda Yerin müşahidəsi xidmətlərini və onların müxtəlif sahələrdə tətbiq potensialını tanıtmaqdan ibarətdir.

İştirak üçün yaş həddi var?

Müsabiqədə 18 yaşdan yuxarı hər kəs iştirak edə bilər.

Müsabiqəyə qatılmaq üçün işlədiyim sahə və təcrübəm ilə bağlı hər hansı bir tələb var?

İşlədiyiniz sahə və təcrübə ilə bağlı tələblər yoxdur. Müsabiqəyə universitet müəllim və tələbələri, tədqiqat institutlarının əməkdaşları, müstəqil tədqiqatçılar və ya hər hansı tədqiqatla məşğul olan dövlət/özəl sektor təmsilçiləri və digər iştirakçılar qatıla bilər.

Necə müraciət edim?

Müraciətlərin qəbulu mərhələsində şərtlər ilə tanış olub iştirak formasını doldurub göndərin. Formada şəxsi və əlaqə məlumatlarınız, layihənin qısa təsviri, həmçinin peyk təsvirləri ilə işləmək bacarığınıza dair məlumat əks olunmalıdır.

Nə vaxt müraciət etmək lazımdır?

Müraciətlərin qəbulu cari ilin 1 sentyabr tarixində başlayır, 30 noyabr tarixində bitir. 30 noyabr tarixindən sonra qəbul olunan müraciətlər növbəti ilin müsabiqəsi çərçivəsində qiymətləndiriləcək.

Müraciəti göndərdikdən sonra nə etməliyəm?

Müraciətiniz nəzərdən keçirildikdən sonra ilkin olaraq təsdiq olunduğu halda sizə peyk təsviri üçün forma, layihəni təqdim etmək üçün isə hesabat formasını göndərəcəyik. Bu sənədləri bizə təqdim etdikdən sonra sizə emal olunmuş peyk təsvirləri göndəriləcək və layihənizi dəyərləndirmə üçün təqdim etməyə vaxtınız olacaqdır.

Hazır layihəmi təqdim etmək üçün son tarix nə vaxtdır?

Layihənizi 28 fevral tarixinədək dəyərləndirmə üçün təqdim etməlisiniz. 28 fevral tarixindən sonra qəbul olunan layihələr növbəti ilin müsabiqəsi çərçivəsində qiymətləndiriləcək.

Mənə təsdiq məktubu gəlmədi. Nə edim?

Müraciətiniz qəbul olunduğu halda sizə təsdiq məktubu gələcək. Əgər müraciətiniz qəbul olunmayıbsa, sizə bu barədə məlumat veriləcəkdir. Texniki problemlə qarşılaşdığınız halda isəbizimlə eoscience@azercosmos.az elektron poçt ünvanı vasitəsilə əlaqə saxlaya bilərsiniz.

Bir neçə müraciət göndərə bilərəm?

Bəli, bir iştirakçı bir neçə layihə göndərə bilər, lakin hər layihənin məzmunu fərqli olmalıdır.

Hər hansı bir təşkilatı təmsil etməyim mütləqdir?

Xeyr, müstəqil qaydada müsabiqəyə qatıla bilərsiniz.

Layihəm Azərbaycanı əhatə etmirsə müsabiqəyə qoşula bilərəm?

Müsabiqədə Azərbaycan Respublikasını əhatə edən, ölkəmizin sosial-iqtisadi inkişafına töhfə verə biləcək layihələrə üstünlük veriləcək.

Peyk təsvirləri ilə işləmək bacarığım yoxdursa, müsabiqəyə qoşula bilərəm?

Müsabiqəyə qatılmaq üçün peyk təsvirləri ilə işləmək bacarığının olması arzuolunandır, lakin mütləq deyil.

Qiymətləndirmə nə vaxt aparılacaq?

Layihələrin qiymətləndirilməsi 2023-cü ilin 31 mart tarixinədək aparılacaq.

Qiymətləndirmə hansı meyarlar əsasında aparılacaq?

Qiymətləndirmə müxtəlif meyarlar əsasında aparılacaq. Bunlara layihənin öncədən müəyyən edilmiş vaxt çərçivəsində təqdim edilməsi, real və ölçülə biləcək nəticələrə nail olunma, innovativ həllərin təklif edilməsi, peyk təsvirlərindən səmərəli şəkildə istifadə və digərləri daxildir.

Qiymətləndirmə kim tərəfindən aparılacaq?

Qiymətləndirməni öncədən təyin olunmuş müxtəlif sahələrdə ixtisaslaşan 5 ekspertdən ibarət münsiflər heyəti aparacaq.

Müsabiqədə neçə qalib seçiləcək?

Müsabiqədə ilk 3 yeri tutan iştirakçı qalib elan olunacaqdır.

Qaliblərə hansı mükafatlar veriləcək?

İlk 3 yeri tutan iştirakçıya müvafiq olaraq 5000 AZN, 3000 AZN və 1500 AZN məbləğində pul mükafatı veriləcək. Bundan əlavə, qalib layihələrin mövzusundan asılı olaraq onların müxtəlif beynəlxalq səviyyəli nəşrlərdə dərc olunması, patentlərin təmin olunması və digər mükafatlandırma mexanizmləri də nəzərdə tutulmuşdur.