Bakıda yerləşən Azərkosmos teleportu peyk və fiber vasitəsilə siqnal qəbul etmək qabiliyyətinə malikdir. Xidmətlərinizi Avropa, Yaxın Şərq, Mərkəzi Asiya və Afrikaya Ku və C diapazonunda çatdıra bilərik.
Teleportumuzun əlverişli mövqeyi və ən müasir infrastrukturu partnyorlarımıza öz avadanlıqlarını yerləşdirmək və xidmətlərimizdən istifadə etmək üçün əla imkanlar yaradır.
Peşəkar və təcrübəli komandamız məsləhət və ya texniki dəstəyə dair hər hansı sorğu ilə bağlı sizə köməklik göstərməyə həmişə hazırdır.
Peşəkar komandamız hər zaman sizi maraqlandıran suallara və sorğularınıza cavab verməyə hazırdır.