HOSTİNQ

Teleportumuzun əlverişli mövqeyi və ən müasir infrastrukturu partnyorlarımıza öz avadanlıqlarını yerləşdirmək və xidmətlərimizdən istifadə etmək üçün əla imkanlar yaradır.

KOLOKASİYA (BİRGƏ İSTİFADƏ)

Ən müasir və təhlükəsiz infrastrukturumuz tərəfdaşlarımızın avadanlıqlarının sərfəli kolokasiyası (birgə istifadəsi) üçün şərait yaradır.

SİQNALIN QƏBULU VƏ ÖTÜRÜLMƏSİ

Teleportumuz yerüstü stansiya və peyklər arasında qəbul və ötürmə siqnalları vasitəsilə məzmununuzun fasiləsiz çatdırılmasını və paylanmasını təmin edir.

EHTİYAT AVADANLIĞI

Biznes fəaliyyətlərinizin təhlükəsizliyi üçün biz yerüstü stansiyamızda bütün Teleport əməliyyatları üçün ehtiyat avadanlığı təqdim edirik.

TELEMETRİYA, İZLƏMƏ VƏ KOMANDA GÖNDƏRMƏ

Telemetriya, izləmə və komanda göndərmə əməliyyatlarımız vasitəsilə operativ tənzimləməni təmin etmək üçün orbitdəki peyklər və yerüstü stansiyamız arasında ikitərəfli əlaqə saxlayırıq.