Teleportumuzun əlverişli mövqeyi və ən müasir infrastrukturu partnyorlarımıza öz avadanlıqlarını yerləşdirmək və xidmətlərimizdən istifadə etmək üçün əla imkanlar yaradır.
Ən müasir və təhlükəsiz infrastrukturumuz tərəfdaşlarımızın avadanlıqlarının sərfəli kolokasiyası (birgə istifadəsi) üçün şərait yaradır.
Teleportumuz yerüstü stansiya və peyklər arasında qəbul və ötürmə siqnalları vasitəsilə məzmununuzun fasiləsiz çatdırılmasını və paylanmasını təmin edir.
Biznes fəaliyyətlərinizin təhlükəsizliyi üçün biz yerüstü stansiyamızda bütün Teleport əməliyyatları üçün ehtiyat avadanlığı təqdim edirik.
Telemetriya, izləmə və komanda göndərmə əməliyyatlarımız vasitəsilə operativ tənzimləməni təmin etmək üçün orbitdəki peyklər və yerüstü stansiyamız arasında ikitərəfli əlaqə saxlayırıq.