
Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) Vahid Satınalma Qaydalarına müvafiq olaraq Kosmik Akademiya üçün mebellərin satın alınmasına dair kotirovka sorğusu elan edir.
Satınalmada iştirak etmək istəyən təchizatçılar Agentliyin rəsmi internet səhifəsində https://www.azercosmos.az xəbərlər bölməsinə daxil olaraq müvafiq elektron poçt ünvanına (tender@azercosmos.az) və ya yazılı şəkildə kotirovka sorğusunda iştirak etmək niyyəti barədə müraciət ünvanlaya bilərlər.
Satınalmada iştirak etmək istəyən təchizatçılar şərtlər toplusunu əldə etmək üçün iştirak haqqının ödənilməsi barədə bank sənədini və müraciət sorğusunu tender@azercosmos.az elektron poçt ünvanına göndərməlidirlər.
İştirak haqqı – 111 AZN
Ehtimal olunan qiymət: 55529,76 AZN
Benefisiarın adı: AZƏRBAYCAN RESPUBLİKASININ KOSMİK AGENTLİYİ (AZƏRKOSMOS)
Benefisiarın hesabı: AZ63AIIB33060039441802747118
Benefisiarın VÖEN-i: 1302369281
Valyuta: AZN
Benefisiarın bankı: Kapitalbank ASC Gənclik filialı
Filialın kodu: 200189
VÖEN: 9900003611
SWIFT kod: AIIBAZ2XXXX
Müxbir hesab: AZ37NABZ01350100000000001944
Təchizatçılar Şərtlər Toplusunun uyğunluq göstəricilərinin qiymətləndirilməsi bölməsində göstərilən ixtisas göstəricilərinə dair aşağıda qeyd olunmuş sənədləri, həmçinin qiymət təklifini imzalanmış və möhürlənmiş qapalı zərfdə 24 iyul 2025-ci il saat 14:00-a qədər Azərkosmosun Satınalma Komissiyasına (Bakı şəhəri,Ü.Hacıbəyli küç 72, Azərpoçt 5-ci mərtəbə) təqdim etməlidirlər. Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan təklif zərfləri açılmadan geri qaytarılacaqdır.
Kotirovka sorğusu üzrə təklif zərflərinin açılışı 24 iyul 2025-ci il saat 15:00-da Ü.Hacıbəyli küç 72, Azərpoçt 5-ci, Azersky otağı ünvanında keçiriləcəkdir.
Zərflərin açılışında iştirak etmək istəyən Təchizatçıların səlahiyyətli nümayəndələri barədə öncədən təmsil edəcəyi müəssisə tərəfindən əlaqələndirici şəxsin elektron ünvanına məlumat göndərilməlidir. (şəxsiyyət vəsiqəsinin “scan”-ı). İştirakı nəzərdə tutulan şəxsin şəxsiyyət vəsiqəsi və etibarnaməsi üzərində olmalıdır.
Təchizatçıların səlahiyyətli nümayəndələri açılışda iştirak edə bilərlər.
Satınalmada iştirak haqqında: https://api.azercosmos.az/files/elan-metni-2.pdf
Müraciət məktubu: https://api.azercosmos.az/files/muraciet-mektubu-2.pdf
Peşəkar komandamız sizi maraqlandıran sual və sorğularınıza cavab verməyə hər zaman hazırdır.