searchSearch
contact us

Keyfiyyət və İnformasiya Təhlükəsizliyi Siyasəti

Keyfiyyət və İnformasiya Təhlükəsizliyi Siyasəti

“Azərkosmos”un biznes fəaliyyəti Keyfiyyət və İnformasiya Təhlükəsizliyi Menecmenti Sisteminin tələblərinə cavab verir. Şirkət ISO 9001 Keyfiyyət Menecment Sistemləri və ISO 27001 İnformasiya Təhlükəsizliyi Menecment Sistemləri standartları üzrə uyğunluq sertifikatlarına malikdir.

Biz bu gün keyfiyyət və informasiya təhlükəsizliyi menecment siyasətini formalaşdırmaq və davamlı şəkildə izləməklə Keyfiyyət və İnformasiya Təhlükəsizliyi Menecment Sistemini müntəzəm olaraq yaxşılaşdırmaq üçün çalışırıq.

Bundan əlavə, “Azərkosmos” məlumatları təhlükələrdən qorumaq üçün informasiya təhlükəsizliyini idarə edir. Bununla biz xidmətlərimizin keyfiyyətinin və informasiya təhlükəsizliyinin artırılmasını, müştəri məmnuniyyətinin səviyyəsinin qorunmasını və daimi yüksəldilməsini, müştərilərə etibarlı peyk xidmətlərinin təqdim edilməsini, davamlı olaraq əməkdaşların bacarıqlarını inkişaf etdirməklə, görülən işin nəticəsini və keyfiyyətini artırmaq üçün həvəsləndirici təşəbbüslər irəli sürür, innovativ və elm yönümlü layihələr həyata keçirməklə insan kapitalını inkişaf etdirməyi hədəfləyirik.

ISO 9001 Keyfiyyət Menecment Sistemləri və ISO 27001 İnformasiya Təhlükəsizliyi Menecment Sistemləri standartlarına uyğun olaraq rəhbərlik aşağıdakı tələblərə cavab verən keyfiyyət və informasiya təhlükəsizliyi siyasətini yaradır, nəzərdən keçirir və həyata keçirir:

a) keyfiyyət və informasiya təhlükəsizliyi üzrə hədəfləri təyin etmək və nəzərdən keçirmək üçün şərtlərin təmin edilməsi;

b) keyfiyyət idarəetmə və informasiya təhlükəsizliyi ilə əlaqədar tətbiq olunan tələbləri yerinə yetirmək öhdəliyinin nəzərdə tutulması;

c) keyfiyyət və informasiya təhlükəsizliyi menecment sisteminin davamlı inkişaf etdirilməsinə dair öhdəliyin nəzərdə tutulması.

Həm ISO 9001 Keyfiyyət Menecment Sistemləri, həm də ISO 27001 İnformasiya Təhlükəsizliyi Menecment Sistemləri standartlarına uyğunluq sertifikatı müştərilərimizin və digər maraqlı tərəflərin sorğusu əsasında nəzərdən keçirilmək üçün təqdim oluna bilər.

Sualınız yaranarsa, marketing@azercosmos.az elektron ünvanına yaza bilərsiniz.

image

Bizimlə əlaqə

Peşəkar komandamız sizi maraqlandıran sual və sorğularınıza cavab verməyə hər zaman hazırdır.