1

PEYK TELEKOMMUNİKASİYA XİDMƏTLƏRİ

Afrika, Yaxın Şərq, Avropa, Mərkəzi və Cənubi Asiyadakı tərəfdaşlarımıza video, data və teleport xidmət və həlləri təklif edərək yüksək keyfiyyətli və təhlükəsiz peyk bağlantısı təmin edirik. Biz fərdi mükəmməlliyə əsaslanaraq göstərilən xidmətləri təkmilləşdirməyə və yeni bazarlara çıxmağa çalışırıq.

PEYK ŞƏBƏKƏSİ

Azerspace-1 və Azerspace-2 telekommunikasiya peyklərimiz tərəfdaş və müştərilərimizə peyk video və data xidmətlərini təqdim edir.

1

PEYK XİDMƏTLƏRİNİ OPTİMALLAŞDIRAN ALƏTLƏR

Müştəri alətlərimiz sizə yer antennasını peykə yönəltmək, siqnal kəsintisi və ötürülmədə mümkün itkini proqnozlaşdırmaq məqsədi ilə növbəti Günəş tutulmasını təyin etmək üçün yerləşdiyiniz məkanın azimut və hündürlüyünü hesablamaq imkanı yaradır. Eyni zamanda bu alətlər vasitəsilə peyklərimiz üzərindən yayımlanan kanalların siyahısı ilə tanış ola bilərsiniz.

AZCONNEXUS

Azconnexus platforması hətta ən ucqar ərazilərə belə fasiləsiz, təhlükəsiz və yüksək keyfiyyətli genişzolaqlı peyk internet xidmətləri təqdim edir.

AZƏRKOSMOS MÜKƏMMƏLLİYİ

Biz beynəlxalq tərəfdaşlarımıza yüksək keyfiyyətli və təhlükəsiz peyk rabitəsi təqdim edirik. Mükəmməl texniki standartlar, müstəsna xidmət və müştəri yönümlü, fərdi həllər təmin edərək üstün təcrübə, eləcə də gələcək nəsillər üçün daha inkişaf etmiş bir dünya yaratmaq üçün çalışırıq.