Afrika, Yaxın Şərq, Avropa, Mərkəzi və Cənubi Asiyadakı tərəfdaşlarımıza video, data və teleport xidmət və həlləri təklif edərək yüksək keyfiyyətli və təhlükəsiz peyk bağlantısı təmin edirik. Biz fərdi mükəmməlliyə əsaslanaraq göstərilən xidmətləri təkmilləşdirməyə və yeni bazarlara çıxmağa çalışırıq.
Afrika, Yaxın Şərq, Avropa və Mərkəzi Asiyadakı müştərilərimizə 200-dən çox televiziya və radio kanalı yayımlayaraq geniş çeşiddə qabaqcıl video xidmətləri və həlləri vasitəsilə dünyanın 1/3 hissəsinə məzmun çatdırırıq.
İnanırıq ki, cəmiyyətin inkişafında peyk vasitəsilə ötürülən etibarlı məlumatlar böyük rol oynayır, bu səbəbdən biz ani məlumat ötürülməsini təmin edən genişzolaqlı peyk xidmət və həlləri təqdim etmək üçün çalışırıq.
Peşəkar komandamız hər zaman sizi maraqlandıran suallara və sorğularınıza cavab verməyə hazırdır.