İnanırıq ki, cəmiyyətin inkişafında peyk vasitəsilə ötürülən etibarlı məlumatlar böyük rol oynayır, bu səbəbdən biz ani məlumat ötürülməsini təmin edən genişzolaqlı peyk xidmət və həlləri təqdim etmək üçün çalışırıq.
Məlumat ötürülməsinin sürətini və səmərəliliyini artırmaqla uzaq və əhalinin daha az məsunlaşdığı ərazilərdə sosial-iqtisadi inkişafı sürətləndirə bilərik.
Virtual şəbəkə operatoru xidmətləri ilə telekommunikasiya infrastrukturunuz olmadan şəbəkə xidmətlərinin biznes sahəsini genişləndirin.
Quruda və dənizdə çoxşaxəli rabitə qurun. İnternet peyk antenamız evlərdə, özəl şirkətlərdə istifadə oluna bilər, həmçinin sabit və/və ya portativ qaydada müxtəlif nəqliyyat vasitələrində quraşdırıla bilər.
Dövlət və özəl qurumlardan olan müştərilər üçün peyk vasitəsilə yüksək etibarlı, genişzolaqlı və İnternetlə əlaqəli IP həllərdən istifadə edin.
Çevik və sərfəli mobil nəqletmə xidmətləri əldə etmək üçün yüksək tutumlu mobil trafikə çıxış əldə edin.
Yerli və mobil şəbəkələrə VoIP (IP-telefoniya) çıxışını təmin edirik.
Afrika, Yaxın Şərq, Avropa və Mərkəzi Asiyada yerləşən tərəfdaş teleport xidmətlərindən yararlanın.
Peşəkar komandamız hər zaman sizi maraqlandıran suallara və sorğularınıza cavab verməyə hazırdır.