PEYK VASİTƏSİLƏ YAYIM XİDMƏTLƏRİ

Afrika, Yaxın Şərq, Avropa və Mərkəzi Asiyadakı müştərilərimizə 200-dən çox televiziya və radio kanalı yayımlayaraq geniş çeşiddə qabaqcıl video xidmətləri və həlləri vasitəsilə dünyanın 1/3 hissəsinə məzmun çatdırırıq.

PEYKLƏR VASİTƏSİLƏ MƏLUMATIN ÖTÜRÜLMƏSİ

Yer və peyklər arasında ötürülmədən istifadə etmək imkanı təmin edirik. Peşəkar komandamız tələb olunan məzmunu emal etdikdən və optimallaşdırdıqdan sonra ölçüsündən və formatından asılı olmayaraq nəzərdə tutulan təyinat ərazisinə çatdırılması üçün məlumatı seçdiyiniz peykə ötürür.

VİDEO GÖNDƏRİLMƏSİ

İnformasiyanın qəbuletmə nöqtəsinə və ya yayım mərkəzinə göndərilməsi xidməti göstəririk. Məzmun peyk yayım mərkəzində qəbul və emal edildikdən sonra peyk vasitəsilə yayımlanır və yerüstü şəbəkələr vasitəsilə qəbul edilib ötürülür.

VİDEO YAYIM

Dünyanın müxtəlif hissələrinə müxtəlif formatlarda yüksək keyfiyyətli məzmun təqdim etmək üçün xidmətlərimiz var. Belə ki, “Direct to Home” (Birbaşa Peyk Yayımı), “High Definition TV” (Yüksək Dəqiqlikli Televiziya), “Satellite News Gathering” (Peyk Xəbərləri Toplanması) müştəriləri, eləcə də müxtəlif ölkələrdəki kabel televiziyası operatorları olaraq vasitəçilərə video məzmun təqdim edən digər yayımçılar üçün video yayım həlləri təklif edirik.

PEYKLƏRDƏN MƏLUMATLARIN ALINMASI

Yerüstü infrastruktur imkanlarından asılı olmayaraq, məzmununuzu izləyici auditoriyasına çatdıra bilərsiniz. Bu, həmçinin məzmunun ən uzaq məkanlara belə təhlükəsiz şəkildə ötürülməsinə zəmanət verir.

QISAMÜDDƏTLİ YAYIM İSTİFADƏSİ

Hadisələrin işıqlandırılması və xəbər toplanması üçün ani həllər təqdim edirik. Ən müasir telekommunikasiya infrastrukturu ilə sizə idman, əyləncə və ya son xəbər proqramları daxil olmaqla əsas hadisələri işıqlandırmaqda kömək edə bilərik.

IP ÜZƏRİNDƏN VİDEO YAYIM

Yüksək keyfiyyətli rəqəmsal video məzmunlarını birbaşa son istifadəçilərə ötürün. Video məzmununu bir cihazdan digərinə ötürmək üçün internet əsaslı metoddan istifadə edirik - burada məlumat müxtəlif axınlara bölünür və İnternet Protokolu (IP) şəbəkəsi vasitəsilə göndərilir.

KANAL SİYAHISI

“Azerspace-1” və “Azerspace-2” peykləri üzərindən yayımlanan televiziya və radio kanallarının tam siyahısı.

BİZİMLƏ ƏLAQƏ SAXLAYIN!

Mesaj göndər

Peşəkar komandamız hər zaman sizi maraqlandıran suallara və sorğularınıza cavab verməyə hazırdır.