VİDEO

Afrika, Yaxın Şərq, Avropa və Mərkəzi Asiyadakı müştərilərimizə 200-dən çox televiziya və radio kanalı yayımlayaraq, biz geniş çeşiddə qabaqcıl video xidmətləri və həlləri vasitəsilə dünyanın 1/3 hissəsinə məzmun çatdırırıq.

PEYKLƏR VASİTƏSİLƏ MƏLUMATIN ÖTÜRÜLMƏSİ

Yer və peyklər arasında ötürülmədən istifadə edin. Tələb olunan məzmunu emal etdikdən və optimallaşdırdıqdan sonra, peşəkar komandamız nəzərdə tutulan təyinat ərazisinə məlumatı ölçüsündən və formatından asılı olmayaraq seçdiyiniz peykə ötürür.

VİDEO GÖNDƏRİLMƏSİ

İnformasiyanın qəbuletmə nöqtəsinə və ya yayım mərkəzinə göndərin. Məzmun peyk yayım mərkəzində qəbul və emal edildikdən sonra peyk vasitəsilə yayımlanır və yerüstü şəbəkələr vasitəsilə qəbul edilib ötürülür.

VİDEO YAYIM

Dünyanın müxtəlif hissələrinə müxtəlif formatlarda yüksək keyfiyyətli məzmun təqdim edin. Biz Direct to Home (DTH), High Definition TV (HDTV), Satellite News Gathering (SNG) müştəriləri, eləcə də müxtəlif ölkələrdəki kabel televiziyası operatorları kimi vasitəçilərə video məzmun təqdim edən digər yayımçılar üçün video yayım həllərini təklif edirik.

PEYKLƏRDƏN MƏLUMATLARIN ALINMASI

Yerüstü infrastruktur imkanlarından asılı olmayaraq məzmununuzu izləyici auditoriyasına çatdırın. Bu, həmçinin məzmunun ən uzaq məkanlara belə təhlükəsiz ötürülməsinə zəmanət verir.

QISAMÜDDƏTLİ YAYIM İSTİFADƏSİ

Hadisələrin işıqlandırılması və xəbər toplanması üçün ani həllər təqdim edirik. Ən müasir telekommunikasiya infrastrukturu ilə biz sizə idman, əyləncə və ya son xəbər proqramları daxil olmaqla əsas hadisələri işıqlandırmaqda kömək edə bilərik.

IP ÜZƏRİNDƏN VİDEO YAYIM

Yüksək keyfiyyətli rəqəmsal video məzmununuzu birbaşa son istifadəçilərə ötürün. Biz video məzmunu bir cihazdan digərinə ötürmək üçün internet əsaslı metoddan istifadə edirik - burada məlumat müxtəlif axınlara bölünür və İnternet Protokolu (IP) şəbəkəsi vasitəsilə göndərilir.

KANAL SİYAHISI

Azerspace-1 və Azerspace-2 peykləri üzərindən yayımlanan televiziya və radio kanallarının tam siyahısı.

BİZİMLƏ ƏLAQƏ SAXLAYIN!

Mesaj göndər

Peşəkar komandamız hər zaman sizi maraqlandıran suallara və sorğularınıza cavab verməyə hazırdır.