about_us.company_facts

“Azərkosmos” ASC Azərbaycan Respublikası Prezidentinin 2010-cu il, 3 may tarixli, 885 nömrəli Sərəncamı ilə təsis edilmişdir.

“Azərkosmos” ASC-nin Nizamnaməsi Nazirlər Kabinetinin 2010-cu il, 23 dekabr tarixli, 240 nömrəli qərarı ilə təsdiq edilmişdir.

“Azərkosmos” ASC 2011-i ilin 7 fevral tarixində Vergilər Nazirliyində hüquqi şəxs kimi dövlət qeydiyyatından keçərək, fəaliyyətə başlamışdır.

“Azərkosmos” ASC Azərbaycan Respublikasının milli peyk operatorudur, Cənubi Qafqazda isə ilk peyk operatorudur.

2010-cu ilin 25 may tarixində İstanbul şəhərində ilk telekommunikasiya peykinin Malayziya hökumətinə məxsus 46°Ş orbital mövqeyə çıxarılmasını və Measat şirkəti ilə birgə istifadəsini nəzərdə tutan müqavilə imzalanmışdır.

2010-cu ilin 27 may tarixində Bakıda ABŞ-ın aparıcı peyk istehsalçısı olan “Orbital Sciences” korporasiyası ilə ilk telekommunikasiya peykinin hazırlanmasını nəzərdə tutan müqavilə imzalanmışdır.

2010-cu ilin 5 noyabr tarixində Fransanın “Arianespace” şirkəti ilə ilk telekommunikasiya peykinin “Ariane-5ECA” raketdaşıyıcısı ilə orbitə çıxarılmasını nəzərdə tutan müqavilə imzalanmışdır.

“Azərkosmos” ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzi Abşeron rayonun inzibati ərazisində (Bakı-Şamaxı şossesinin 38-ci km-də) yerləşir.

“Azərkosmos” ASC-nin Ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzi Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nəhəcir adlanan ərazisində yerləşir.

“Azerspace-1” telekommunikasiya peyki 8 fevral 2013-cü il tarixində Fransız Qvianasında yerləşən Kuru kosmodromundan geostasionar orbitə buraxılmışdır.

“Azerspace-1” peykinin orbitdəki sınaq prosesləri uğurla başa çatdıqdan sonra peykin idarəetməsi 2 aprel 2013-ci il tarixindən “Azərkosmos” ASC-yə təhvil verilmişdir.

“Azərspace-1” peyki vasitəsilə rəqəmsal teleradio yayımı, kəsintisiz və şifrələnmiş rabitə və məlumatların yüksəksürətli ötürülməsi xidmətlərinin göstərilməsi mümkündür.

“Azərspace-1” peykinin əhatə dairəsinə Avropa, Afrika, Qafqaz, Yaxın Şərq və Mərkəzi Asiya regionları daxildir.

“Azərkosmos” ASC-nin ümumi əməkdaşlarının sayı 100 nəfərdən artıqdır.