Rəhbərlik

  • Rəşad Nəbiyev

    Sədr

    Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 24 yanvar tarixli Sərəncamı ilə “Azərkosmos” ASC-nin sədri vəzifəsinə təyin edilmişdir. “Azərkosmos” ASC-yə sədr təyin edilməzdən əvvəl, 2004-2011-ci illərdə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Maliyyə, uçot və iqtisadi təhlil şöbəsinin müdiri vəzifəsində işləmişdir. 2002-2004-cü illərdə Azərbaycan Respublikası Mərkəzi Bankının Bazar əməliyyatları departamentində, 1997-2000-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında İnformasiya resursları və texnologiyaları mərkəzində və Xarici əlaqələr şöbəsində çalışmışdır. 1994-2000-ci illərdə Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alaraq Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavr və magistr dərəcəsi almış, 2000-2002-ci illərdə ABŞ-nın Şərqi Karolina Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsinə yiyələnmişdir. Daha sonra R.Nəbiyev təhsilini Harvard Universitetinin Kennedi İdarəçilik Məktəbində davam etdirərək 2006-cı ildə “Yüksək vəzifəli icraçı şəxslər üçün Dövlət maliyyə idarəetməsi proqramı”nı bitirmişdir.

  • Rövşən Rüstəmov

    Sədr müavini

    2014-ci ilin sentyabr ayından “Azərkosmos” ASC-də sədr müavini vəzifəsində çalışır. 2012-2014-cü illərdə “Azərkosmos” ASC-də Korporativ idarəetmə ürə menecer vəzifəsində çalışmışdır. 2004-2012-ci illərdə “Azərpoçt” MMC-də Əməliyyatlar şöbəsinin rəisi, Biznesin inkişafı şöbəsinin rəis müavini vəzifələrində işləmişdir. Əmək fəaliyyətinə 2002-ci ildə iqtisadiyyat sahəsi üzrə jurnalist kimi başlamışdır. 2003-cü ildə təhsilini Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “İqtisadiyyatın hüquqi tənzimlənməsi” ixtisası üzrə fərqlənmə diplomu ilə başa vuraraq magistr dərəcəsinə yiyələnmişdir. 2009-cu ildən İqtisadiyyat üzrə fəlsəfə doktorudur.

  • Fuad Aslanov

    Satış və biznes əməliyyatları şöbəsinin direktoru

    2017-ci ilin noyabr ayından “Azərkosmos” ASC-nin Satış və biznes əməliyyatları şöbəsinin direktoru vəzifəsində çalışır. 2015-2017-ci illərdə “Azərkosmos” ASC-də Marketinq və biznesin inkişafı üzrə menecer vəzifəsində çalışıb. 2010-2014-cü illərdə “Azercell” MMC-də Biznesin təhlili, qiymət siyasəti və pərakəndə satışın təşkili departamentində mütəxəssis vəzifəsində işləmişdir. O həmçinin məlumat bazalarının yaradılması, müştərilərlə işin idarəolunması və digər seqmentasiya və proqnozlaşdırma modelləri üzrə layihələrdə çalışmışdır. Fuad Aslanov “Telia Sonera”nın Avrasiya analitik təcrübə komandasının və Beynəlxaq mobil qrupunun üzvü olmuşdur. 2002-2006-ci illərdə Bakı Dövlət Universitetində İqtisadı Kibernetika ixtisası üzrə bakalavr dərəcəsi almışdır. 2006-2008-ci illərdə İqtisadiyyat ixtisası üzrə Macarıstandakı Mərkəzi Avropa Universitetində maqist dərəcəsi almış, daha sonra 2013-cü ildə İsvecdəki KTH Royal Texnoloqiya İnstitutunun Biznes və kommunikasiya texnologiyaları ixtisası üzrə Mini-MBA dərəcəsinə yiyələnmişdir.

  • Saməddin Əsədov

    Maliyyə departamenti direktoru

    2011-ci ilin fevral ayından “Azərkosmos” ASC-nin Maliyyə departamenti direktoru vəzifəsində çalışır. 2007-2011-ci illərdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Maliyyə, uçot və iqtisadi təhlil şöbəsində aparıcı məsləhətçi işləmişdir. 2005-2006-cı illərdə İctimai Vəsaitin Monitorinqi Mərkəzində iqtisadçı ekspert və İnkişaf üzrə menecer vəzifələrində çalışmışdır. 2002-2006-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə-kredit ixtisası üzrə bakalavr, 2008-2011-ci illərdə magistr dərəcəsinə yiyələnmişdir.

  • İlqar Abdullayev

    Hüquq departamenti direktoru

    2011-ci ilin fevral ayından “Azərkosmos” ASC-nin Hüquq departamenti direktoru vəzifəsində çalışır.2008-ci ildən Azərbaycanın kosmik peyk layihələrinin həyata keçirilməsində iştirak edir. “Azərspace-1” telekommunikasiya peyk layihəsi üzrə müqavilələrin formalaşdırılmasında, rabitə və informasiya texnologiyaları sahəsində qanun və digər normativ-hüquqi aktların layihələrinin hazırlanmasında fəal iştirak etmişdir. 1998-2011-ci illər ərzində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində və onun qurumlarının hüquq xidmətlərində müxtəlif vəzifələrdə ixtisası üzrə işləmişdir. 1997-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. 1-ci dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsi vardır.

  • Dunay Bədirxanov

    Peyk və Yerüstü Sistemlər Departamentinin Direktoru

    2016-cı ilin iyul ayından etibarən “Azərkosmos” ASC-də Peyk və yerüstü sistemlər departamentinin direktoru vəzifəsində çalışır. 2013-2016-cı illərdə “Azərkosmos” ASC-də Peyk və yerüstü sistemlər departamentinin Peyk əməliyyatları qrupunun rəhbəri vəzifəsində çalışıb. 2012-2013-cü illərdə Peyk mühəndisliyi sektorunda peyk mühəndisi vəzifəsində çalışıb. Əmək fəaliyyətinə 2011-ci il aprel ayından “Azərkosmos” ASC-nin Aşağı-orbitli peyk sistemlərinin inkişafı şöbəsində mütəxəssis vəzifəsində başlayıb. 2009-cu ildə Rusiya Federasiyasında yerləşən Sankt-Peterburq Dövlət Universitetinin “Riyaziyyat-Mexanika” fakültəsini bitirib.

  • İnarə İbrahimxəlilova

    İnsan resursları departamenti direktoru

    2011-ci ilin may ayından “Azərkosmos” ASC-nin İnsan resursları departamenti direktoru vəzifəsində çalışır. 2000-2006-cı illərdə “Azercell Telecom” BM-də Müştəri Xidmətləri şöbəsinin Bilgi keyfiyyəti və nəzarəti qrupunda və Fırıldaqçılıq və Kredit Nəzarəti qrupunda çalışmışdır. 1998-2000-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında İnformasiya resurları və texnologiyaları şöbəsində baş mütəxəssis işləmişdir. Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin məzunudur.

  • Aysel Soltanova

    Korporativ kommunikasiya departamenti direktoru

    Aysel Soltanova 2014-cü ilin iyul ayından “Azərkosmos” ASC-də Korporativ kommunikasiya departamenti direktoru vəzifəsində işləyir. 2011-2014-cü illərdə Procter and Gamble Azərbaycan şirkətinin Brend Əməliyyatları Şöbəsində Media menecer vəzifəsində işləmişdir. 2009-2011-ci illərdə BMT-nin ixtisaslaşmış agentliyi olan Beynəlxalq Əmək Təşkilatında çalışmışdır. Əmək fəaliyyətinə 2006-cı ildə BP Azərbaycan şirkətinin Əlaqələr və Xarici İşlər şöbəsində başlamışdır. Bakalavr təhsilini Azərbaycan Dillər Universitetində Amerikanşünasliq ixtisası üzrə almış, daha sonra təhsilini Macarıstandakı Mərkəzi Avropa Universitetində davam etdirmiş və Dövlət Siyasəti ixtisasi üzrə magistr dərəcəsi almışdır.