Data Conversion (GeoTIFF to NITF, IMG, JPEG)

Rəqəmsal Təsvir Emalı bizim əsas texnologiya təkliflərimizdən biridir. Bu zaman xüsusi məqsədli təsvir emalı metodları təqdim edilir ki, bu da öz növbəsində təsvirlər keyfiyyətini və müxtəlif sektorlardan olan müştərilər üçün təsvirlərin tətbiq imkanını artırır.
Müxtəlif GİS, RS və CAD texnologiyalarının inteqrasiyası vasitəsi ilə Azərkosmos yüksək keyfiyyətli təsvir emalı xidmətləri təqdim edir:

1. Ortorektifikasiya
2. DEM
3. Mozaika və Radiometrik Balanslaşdırma
4. Təsvir Dəyişikliyinin Aşkarlanması

Təsvirlərin emalı xidmətlərinə onların formatlarının dəyişdirilməsi də  (GeoTIFF-dən NITF-ə qədər, IMG, JPEG) daxildir.


Ortorektifikasiya (yüksək dəqiqlikli görüntü)

– Həndəsi formada korreksiya olunmuş təsvirdir.
– Təsvir birbaşa istifadə üçün yaralıdır və Coğrafi İnformasiya Sistemlərinə inteqrasiya oluna bilər.
– Korreksiya işləri zamanı standart 3D model Elevation30-dan (Reference3D kimi də tanınır) istifadə olunur.


Rəqəmsal yüksəklik modeli  – DEM/DSM/DTM

DEM dəqiqliyinə görə bu gün mövcud olan istənilən qlobal yüksəklik modelini üstələyir.Tətbiq sahələrinin genişləndirilməsi üçün DEM etibarlı və dəqiq istinad mənbəyidir
– Qütbdən qütbə əhatə:Yer səthinin istənilən nöqtəsi üçün standart DEM
– Yüksək keyfiyyət: istənilən ərazinin üstün keyfiyyətli yüksəklik məlumatı
– Unikal dəqiqlik:12mx12m rasterdə 2m (nisbi)/4m (mütləq) şaquli dəqiqlik
– Rəqəmsal Səth və Ərazi Modelləri
– Məlumatların asan əldə olunması


Mozaika və radiometrik balanslaşdırma

Əgər fərqli dəqiqliklərə ehtiyac olarsa istənilən digər bir yüksəklik modeli və ya bu məqsədlə təqdim edilən YNN (GSP) –dən istifadə etməklə ortorektifikasiya işləri həyata keçirilə bilər.Təsvirlərin mozaikası hazırlanarkən müştərinin tələblərinə uyğun hazırlanmş ortofotoplanlar təqdim oluna bilərş Hər bir ortofotoplan texniki əsaslandırma və xüsusi çatdırılma müddəti ilə təmin edilir.


Təsvirlərdə dəyişikliyin aşkarlanması

Geniş ərazilər üzrə boru kəmərləri, ötürücü dəhlizlər boyunca və ya çəhərlər daxilində vaxt keçdikcə baş verən dəyişikliklərin monitorinqi və miqyasının müəyyənləşdirilməsində təsvirlərdən istifadə.