Azərspace 1

AZƏRSPACE-1 PEYKİNİN ƏSAS GÖSTƏRİCİLƏRİ:

Peykin növü: telekommunikasiya peyki
Hazırkı status: fəaliyyətdə
Orbital mövqeyi: 46 dərəcə Şərq uzunluq dairəsi
Əhatə dairəsi: Avropa, Afrika, Mərkəzi Asiya, Yaxın Şərq, Qafqaz
İstehsalçı: ABŞ-ın “Orbital Sciences Corporation” şirkəti
Platforma: Star-2.4
Raketdaşıyıcı: “Arianespace” şirkətinin Ariane-5ECA raketdaşıyıcısı
Buraxılış tarixi: 8 fevral 2013-cü il
Buraxılış yeri: Qviana Kosmik Mərkəzi, Kuru, Fransız Qvianası
Fəaliyyət müddəti: azı 15 il

PEYKİN FAYDALI YÜKÜ BARƏDƏ MƏLUMATLAR:

Ku-DİAPAZONDA:
Transponder sayı: 12 ədəd (hər biri 36 MHz tutumunda)
Siqnalın qəbulu tezliyi: 13750-14000 MHz
Siqnalın ötürülmə tezliyi: 10950-11200 MHz
Yayım şüaları: Avropa şüası, Mərkəzi Asiya şüası
Polyarizasiya: V/H
TWTA gücü: 120 Watt
** Mərkəzi Asiya və Avropa şüaları arasında bütün rabitə kanalları qarşılıqlı keçirilə biləndir.

 
C-DİAPAZONDA:
Transponder sayı: 24 ədəd (hər biri 36 MHz tutumunda)
Siqnalın qəbulu tezliyi: 5925-6425 MHz
Siqnalın ötürülmə tezliyi: 3700-4200 MHz
Yayım şüaları: Mərkəzi Asiya/Avropa şüası, Afrika/Avropa şüası
Polyarizasiya: müvafiq olaraq RHCP/LHCP və V/H
TWTA gücü: 65 Watt
** Mərkəzi Asiya/Avropa və Afrika/Avropa şüaları arasında bütün rabitə kanalları 4-bloklu çarpaz keçirilə biləndir.