Azərbaycan Texniki Universitetinin tələbələri Azərkosmosda olmuşlar

24 aprel 2014-cü il tarixində Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən Azərbaycan Texniki Universitetinin Radiotexnika və rabitə fakültəsinin müəllimlərinin və eləcə də 30-a yaxın tələbənin “Azərkosmos” ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinə tanışlıq ekskursiyası təşkil edilib. Ekskursiya zamanı ziyarətçilər ölkədə kosmik sənayenin təşəkkül tapması, Azərbaycanın ilk telekommunikasiya peyki “Azərspace-1”-in orbitə çıxarılması və istismar işlərinin həyata keçirilməsi, peyk vasitəsilə göstərilən xidmətlər barədə məlumatlarlandırılmış, tələbə və müəllimləri maraqlandıran suallar cavablandırılmışdır. Həmçinin tələbələrin böyük marağını nəzərə alaraq, onlara Azərkosmosda işə qəbul prosesi barədə məlumat verilmişdir.