Azərkosmos uşaqlara bayram töhfəsi vermişdir

“Azərkosmos” ASC 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə Səhiyyə Nazirliyinin 39 nömrəli Uşaq Kardiorevmataloji Sanatoriyasında yaşayan və müxtəlif xəstəliklərdən əziyyət çəkən, kimsəsiz uşaqlar üçün Nizami kinoteatrında film nümayişi və xüsusi əyləncə proqramı təşkil etmişdir. Uşaqlar sanatoriyanın müəllim heyəti və “Azərkosmos” ASC-nin əməkdaşlarından ibarət könüllülərlə birgə “Madaqaskar” animasiya filminə tamaşa etmişlər, daha sonra isə əyləncə proqramında iştirak edərək şən vaxt keçirmişlər və tədbirdən yüksək təəssüratlarla ayrılmışlar. Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə belə bir tədbir təşkil etməkdə “Azərkosmos” ASC-nin əsas məqsədi ailə qayğısından məhrum uşaqlara bayram ərəfəsində mənalı və əyləncəli vaxt keçirməkdə vasitəçilik etməkdir.