PANXROMATİK

Panxromatik təsvirdə obyektlər ağ-qara təqdim edilir.


MULTİSPEKTRAL

Multispektral təsvir elektromaqnit spektrin spesifik diapozonlarından alınan təsvirlərdən ibarətdir. Multispektral təsvirlər aşağıdakı hallarda istifadəı olunur:
– İlkin təsvirlərdən ortofotoplan hazırlamaq üçün fotoqrammetrik emal prosessin həyata keçirilməsi
– Optik kommersiya peyklərindən əldə oluna biləcək yüksək ayırdetməli təsvirlərdən obyektlərin tanınması, dəyişikliklərin aşkarlanması və xəritələrin hazırlanması
Ayırdetmə: 1.5 m panxromatik, təbii və infra- qırmızı rəngli,4-zolaqlı pandəqiqləşdirilmə və 6 m multispektral


PANDƏQİQLƏŞDİRMƏ

Pandəqiqləşdirmə panxromatik və multispektral təsvirləri birləşdirilərək vahid yüksək ayırdetməli rəngli təsvirin alınması prosesidir.
Panxromatik+Multispektral=Yüksək ayırdetməli rəngli təsvir


MONO, STEREO VƏ TRİ-STEREO

Emal səviyyəsi sensor vasitəsilə əldə edilən təsvirə yaxındır. Toplanma şərtlərini olduğu kimi saxlayır. Sensor düzxətli geometriyada yerləşdirilir. Təsvirdə radiometrik təhriflər mövcud deyil.
Peyk təsvirlərinin emalı üsullarını bilən və istehsal qaydalarını tətbiq etmək istəyən müştərilər üçün optimaldır (məsələn,ortorektifikasiya və ya 3D modelləşdirmə).
RPC və sensor modeli məlumatları ilə təqdim olunma.