Müştəri dəstəyi

“Azərkosmos” ASC-nin Faydalı Yük və Şəbəkə Əməliyyatları Mərkəzi (FYŞƏM) müştərilərimizə yüksək səviyyəli xidmət göstərməklə vəzifəlidir. Davamlılıq, bütövlük, etibarlılıq və əlçatanlılıq FYŞƏM-in fəaliyyətində əsas tutduğu başlıca dəyərlərdir. FYŞƏM bütün müştərilərimiz üçün ortaq ünvandır: burada müştərilərin göstərilən xidmətlə bağlı üzləşdikləri istənilən vəziyyətlərin həllində bacarıqlı olan yüksək təcrübəli və peşəkar mütəxəssislər cəmləşmişdir. FYŞƏM-in fəaliyyət konsepsiyası sıfırdan başlayaraq bütün xidmət dövrü ərzində müştərilərə tam spektrli davamlı texniki dəstəyin göstərilməsini nəzərdə tutur. FYŞƏM-in mühəndisləri peyk əsaslı innovativ şəbəkələrin işlənib hazırlanmasında təcrübəyə və şəbəkə təminatçılarına texniki dəstəyin göstərilməsi sahəsində resurslara malikdir.

FYŞƏM birbaşa video həllər, periodik tutum istifadəsi, təcili sorğular üçün peykə operativ çıxış və daşıyıcı tezliklərin idarə edilməsi kimi texniki dəstək xidmətlərini təqdim edir. 24/7 rejimində fəaliyyət göstərən FYŞƏM müştərilərimizə istənilən sorğunun çözülməsində dəstək verməyə hazırdır.

Qaynar xətt: +994125650065

Email: pnoc@azercosmos.az