Teleport xidmətləri

Bizim Bakı şəhərində yerləşən teleportumuzun resursları vasitəçi peyklər, metronet və fiberoptik şəbəkə üzərindən siqnal qəbul etməyə imkan verir. Teleport vasitəsilə televiziya kanallarının Avropa, Yaxın Şərq və Mərkəzi Asiyada (Ku-diapazonda) və Afrikada (C-diapazonda) yayımı mümkündür.

Teleport üzərindən müştərilər aşağıdakı əlavə dəyərli xidmətlərimizdən yararlana bilər:

  • Siqnalın peykə qaldırılması
  • Siqnalın retranslyasiyası
  • Peyk məzmununun alınması
  • Video distribyusiya
  • VNO (Virtual Şəbəkə Operatoru)
  • İnternet bağlantısı

Əlavə olaraq, teleporta siqnalın ötürülməsi zamanı xərclərə qənaət edilməsi məqsədilə müştərilərimiz Avropada yerləşən tərəfdaş teleportumuzun xidmətlərindən də istifadə edə bilərlər.

Bizim texniki dəstək xidmətimiz müştərilərə teleportla bağlı texniki həllərə (“uplink” antennin ölçüləri, digər avadanlıqlar və .s) dair peşəkar məsləhət təqdim etməyə hər zaman hazırdır.