contact us
cop29

COP29: Kosmos və İqlim Dəyişikliyi

Kosmik Liderlərin Sammiti

COP29 tədbiri çərçivəsində Azərbaycan Respublikasının Kosmik Agentliyi - Azərkosmos “İqlim dəyişikliyi ilə mübarizədə kosmik çağırışlar: Kosmik Liderlərin Sammiti”ni keçirəcək. Sammit və Panel sessiyalar COP29 tədbirinin 16 noyabr – Elm, Texnologiya və İnnovasiya Günündə saat 10:45-dən 18:30-ə kimi Mavi Zonada keçiriləcək.

Tədbir planı
image

İQLİM HƏRƏKATINDA ROLUMUZ

Yerin müşahidəsi və CİS həllərinin tətbiqi vasitəsilə biz iqlimdəki dinamik dəyişikliklərin təhlilini aparırıq və onların potensial təsirləri haqqında məlumat təqdim edirik. Bizim diqqətimiz Xəzər dənizində suyun səviyyəsinin dəyişməsinin monitorinqi, çayların keyfiyyətinin qiymətləndirilməsi, ekoloji cəhətdən həssas ərazilərə nəzarət və hidrosfer, litosfer və biosferin təhlili daxil olmaqla, xüsusi sahələrə yönəlib. Biz COP29 zamanı bilik, təcrübə və innovativ ideyalarla elmi müzakirələrdə iştirak etməyi səbirsizliklə gözləyirik və əməkdaşlıq üçün yeni imkanlar yaratmağı hədəfləyirik.

image

İQLİM HESABATI

Peyk texnologiyaları vasitəsilə qlobal iqlim dəyişikliyinin təsirlərini monitorinq edərək hidrosfer, litosfer, biosfer və kriosfer üzrə cari vəziyyəti qiymətləndiririk. Monitorinq nəticələri İqlim hesabatında toplanılır və bu hesabatlar iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verilməsinə xidmət edir.

Daha ətraflı
image

COP29 TƏDBİRİNDƏ FƏALİYYƏTİMİZ

Noyabrın 16-da Azərkosmos tərəfindən Kosmik Liderlərinin Sammiti təşkil olunub. Tədbirin məqsədi kosmik texnologiyaların iqlim dəyişikliklərinə təsirini təşviq etmək və beynəlxalq əməkdaşlığı gücləndirmək idi. Sammitdə 80-dən çox iştirakçı, o cümlədən ABŞ, Çin, BƏƏ və digər ölkələrin kosmik agentliklərinin rəhbərləri, həmçinin BMT-nin Kosmos Məsələləri üzrə Ofisi və digər təşkilatların nümayəndələri iştirak edib. Tədbirin yekununda 20-yə yaxın qlobal kosmik agentliyin liderləri tərəfindən “Kosmosa əsaslanan iqlim təşəbbüslərinin genişləndirilməsinə dair vəd sənədi” imzalanıb. Bu sənəd, ölkələrin təcrübə mübadiləsini və iqlim dəyişikliklərinin mənfi təsirlərinin vaxtında qarşısının alınması üçün effektiv həll yollarını təmin etmək məqsədini daşıyır.

Daha Ətraflı
image

Bizimlə əlaqə

Peşəkar komandamız sizi maraqlandıran sual və sorğularınıza cavab verməyə hər zaman hazırdır.