contact us
headers/earth-observation-competition.jpeg

Yerin müşahidəsi üzrə müsabiqə

Müşahidə et. Yarat. Yarış.

8İL
720Təstiqlənmiş müraciət
36QALİB
01 Haqqında02 İştirak03 Qoşulma prosesi04 Layihə mövzusu05 Son tarix06 Hədiyyələr
image

MÜSABİQƏ HAQQINDA

2016-cı ildən keçirilən müsabiqənin əsas məqsədi ölkə daxilində peyk təsvirləri ilə həyata keçirilən layihələrin inkişafını sürətləndirmək, ölkəmizdə elmi fəaliyyəti təşviq etmək, sosial-iqtisadi durumun inkişafına dəstək olmaq, eyni zamanda Yerin müşahidəsi xidmət və həllərinin müxtəlif sahələrdə tətbiq potensialını tanıtmaqdır. İlkin mərhələdən keçən iştirakçılar layihələrini hazırlamaq üçün Azersky peykimizin arxivində yer alan peyk təsvirləri ilə təmin olunacaqlar.

image

MÜSABİQƏDƏ KİMLƏR İŞTİRAK EDƏ BİLƏR?

18-35 yaş aralığında olan bütün gənclər müsabiqədə iştirak edə bilərlər. İşlədiyiniz sahə və təcrübə ilə bağlı tələblər yoxdur. Müsabiqəyə universitet müəllim və tələbələri, tədqiqat institutlarının əməkdaşları, müstəqil tədqiqatçılar və ya hər hansı tədqiqatla məşğul olan dövlət/özəl sektor təmsilçiləri və digər iştirakçılar qatıla bilər. ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎

Müsabiqə şərtləri
image

NECƏ İŞTİRAK ETMƏLİ?

Müraciətlərin qəbulu mərhələsində şərtlər ilə tanış olub aşağıda yerləşdirilmiş iştirak formasını doldurub göndərmək kifayətdir. Formada şəxsi və əlaqə məlumatlarınız, layihənin qısa təsviri, həmçinin peyk təsvirləri ilə işləmək bacarığınıza dair məlumat əks olunmalıdır. Müraciətiniz nəzərdən keçirildikdən sonra ilkin olaraq təsdiq olunduğu halda layihəniz müsabiqə şərtlərinə uyğun hesab edilərsə, peyk təsviri üçün forma, layihəni təqdim etmək üçün isə hesabat forması sizə göndəriləcək. Bu sənədləri təqdim etdikdən sonra sizə emal olunmuş peyk təsvirləri göndəriləcək və layihənizi dəyərləndirmə üçün 31 avqust tarixinə qədər vaxtınız olacaqdır.

image

TƏQDİM OLUNAN LAYİHƏLƏR HANSI MÖVZUDA OLMALIDIR?

2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar olaraq, cari il üzrə müsabiqə şəhərsalma mövzusu altında keçirilir. Müsabiqədə iştirakçılar şəhərsalma, memarlıq, infrastruktur, kadastr, ərazi planlaşdırılması, rəqəmsal əkiz və 3D xəritələmə istiqamətlərindən birinə uyğun layihələr təqdim etməlidirlər. İlkin mərhələdə qeyd olunan istiqamətlərə uyğun təqdim edilən layihələrə üstünlük veriləcəkdir. Digər əsas şərtlərdən biri isə layihənin real problemi və onun həll yolunu təqdim edən elmi araşdırma və ya tədqiqat xarakterli olmasıdır. Layihənin qısa təsvirində seçilmiş problem və peyk təsvirlərinin bu problemin aradan qaldırılmasında necə istifadə ediləcəyi aydın şəkildə göstərilməlidir. Layihə mövzusu Azərbaycan Respublikasının sərhədləri daxilində istənilən ərazini əhatə edə bilər.

image

NƏ VAXT MÜRACİƏT ETMƏLİ?

Müsabiqədə iştirak etmək üçün müraciətlərin qəbulu artıq başlamışdır. 15 iyun tarixinə qədər layihənizin qısa təsviri ilə müraciət formasını doldurub qeydiyyatdan keçə bilərsiniz.

image

QALİBLƏRİ HANSI MÜKAFATLAR GÖZLƏYİR?

İlk üç yerin qaliblərinə müvafiq olaraq 5000 AZN, 3000 AZN və 1500 AZN məbləğində mükafat təqdim olunacaq. Əlavə nominasiyalar üzrə də mükafatlar nəzərdə tutulub.