searchSearch
contact us
Elm müsabiqəsinə qatılmaqla Beynəlxalq Astronavtika Konqresində iştirak etmək fürsəti əldə edin!

Elm müsabiqəsinə qatılmaqla Beynəlxalq Astronavtika Konqresində iştirak etmək fürsəti əldə edin!

Azərbaycan 2-6 oktyabr 2023-ci il tarixlərində “Qlobal çağırışlar və imkanlar: kosmosa şans verək” mövzusuna həsr olunmuş Beynəlxalq Astronavtika Konqresinə evsahibliyi edəcək.


Bütün dünyadan, o cümlədən Azərbaycandan olan elm insanları kosmosun imkanlarına həsr olunmuş 180 texniki sessiyada və digər tədbirlərdə çıxış edə biləcək.


Azərkosmos elmlə məşğul olan insanları Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresi çərçivəsində elm müsabiqəsində aktiv iştirak etməyə dəvət edir! Müsabiqə iştirakçılara elmi işlərini və ya məqalələrini Bakı şəhərində keçiriləcək kosmik sahənin ən böyük tədbiri olan Beynəlxalq Astronavtika Konqresində təqdim etmək imkanı verir.


2023-cü ildə Bakıda baş tutacaq konqresin hazırlıq prosesinin bir hissəsi olaraq Azərkosmos Azərbaycanlı alimlərin, elm adamlarının, o cümlədən tədqiqatçıların aşağıdakı sahələr üzrə elmi işlərini təqdim etməyə dəvət edir:


· Elm və tədqiqat – gündəlik həyatda kosmosun təsiri, kosmik tədqiqat, kosmik tullantılar və Yerdən kənar tədqiqat da daxil olmaqla missiyaları təmin edən kosmik sistemlər və aparatlar haqqında;

· Tətbiqlər və əməliyyatlar - Yer müşahidəsi, rabitə, naviqasiya, insanın kosmik sahədə görüdüyü işlər və kiçik peyklər daxil olmaqla, davam edən və gələcək əməliyyat tətbiqləri;

· Texnologiya – astrodinamika və kosmik sistemlər üçün ümumi texnologiyalar

· İnfrastruktur – kosmik sistemin daşınması, gələcək sistemlər və təhlükəsizlik daxil olmaqla, kosmik missiyaları təmin edən sistemlər;

· Kosmos və cəmiyyət – kosmosun cəmiyyətlə qarşılıqlı əlaqəsi, o cümlədən təhsil, siyasət, iqtisadiyyat, tarix və hüquq sahələrində kosmosun təsiri;

· Kosmik sahədə innovasiyalar.

 

Müsabiqədə kim iştirak edə bilər:

Müsabiqədə hər kəs, həmçinin aşağıdakı kateqoriyalardan ən azı birinə uyğun Azərbaycan vətəndaşları iştirak edə bilər:

·      Əyani proqramla tədris alan tələbələr

·      Gənc mütəxəssislər (35 yaşa qədər)

·      Orta-ixtisas və ya ali məktəb müəllimləri

·      Təqaüddə olan alim, professor və müəllimlər

 

Elmi işlər aşağıda qeyd olunan meyarlar əsasında qəbul olunur: 

•       Elmi iş ingilis dilində Microsoft Word sənədində yazılmalı

•       Hər bir müəllif bir neçə məqalə təqdim edə bilər.

•       Məqalənin xülasə hissəsi maksimum 400 sözdən ibarət olmalıdır.

•       Məqalə hazırlanarkən bütün müəlliflərin adı qeyd olunmalıdır; Məqalə əsas müəllif tərəfindən qeydiyyatdan keçirilməlidir.

•       Müəllif https://iafastro.directory/iac/account/login/ saytında qeydiyyatdan keçdikdən sonra hesab yaradıb “restricted area” bölməsinə məqalələrini yükləməlidir.

•       Xülasənin təqdim olunması üçün son tarix 27 fevral 2023-cü ildir.

Məqalənin strukturu aşağıdakı hissələrdən ibarət olmalıdır:

•       Başlıqdakı bütün sözlər böyük hərflə yazılmalıdır.

•       Giriş hissə elmi işin məqsədini bildirməlidir.

•       Metodologiya bölməsi elmi işdə istifadə olunan metodları göstərməlidir.

•       Nəticələr və müzakirə hissəsində müəllif(lər) elmi işin yekun nəticələrini göstərməli və izah etməlidirlər. Məqalədə cədvəl və ya qrafiklərin istifadəsi yol verilməzdir.

•       Yekun hissədə məqaləni bir cümlədən çox olmayan fikirlə ifadə etmək arzuolunandır.

 

Elmi işin təqdim olunması və müsabiqə üzrə son tarixlər:

•       Elmi məqalə(lər)in xülasələrini Beynəlxalq Astronavtika Federasiyasının https://iafastro.directory/iac/account/login/ vebsaytında qeydiyyatdan keçirmək və Azərkosmosa bu barədə məlumat vermək - 28 fevral 2023-cü il

 

•       Məqalə Federasiya tərəfindən təsdiq edildikən sonra Azərkosmosa məlumat vermək; Məqalə barədə Azərkosmosa ingiliscə təqdimat vermək - 31 may 2023-cü il

 

•       Müsabiqənin nəticələrinin elan olunması - 30 iyun 2023-cü il


•       Elmi məqalənin izahını əks etdirən təqdimat hazırlamaq - 1 sentyabr 2023-cü il

 

•       Elmi işin tam versiyasını https://iafastro.directory/iac/account/login/

vebsaytına yükləmək - 2 sentyabr 2023-cü il

 

Seçim meyarları:

         Müəlliflər üçün:

•       Müəlliflərin əvvəlki elmi işlərinin beynəlxalq jurnallarda dərc olunması

•       Beynəlxalq tədbirlərdə elmi işin təqdim edilməsində təcrübəyə malik olması

•       Yüksək səviyyədə ingilis dili biliyi

•       İctimaiyyət qarşısında fikirlərini səlis və sərbəst ifadə etmə bacarığının olması üstünlükdür.


Elmi işlər aşağıdakı meyarlara əsasən seçiləcək:

•       Fikirlərin orijinallığı

•       Elmi işin nəzəri və praktik töhfələri

•       Keyfiyyətli arqument(lər)in olması

•       Akademik dilin düzgün istifadəsi


Müsabiqədə seçilən müəllifləri nə gözləyir?

Ən yaxşı elmi işlərin müəlliflərinin Beynəlxalq Astronavtika Konqresindəki qeydiyyat xərcləri Azərkosmos tərəfindən qarşılanacaq. Onlar öz elmi məqalələrini Konqresə gələcək beynəlxalq kosmik ictimaiyyət qarşısında təqdim edəcək. Qeyd edək ki, elmi işlərin qəbulu haqqında son qərar Beynəlxalq Astronavtika Konqresinin Proqram Komitəsi tərəfindən veriləcək.

image

Bizimlə əlaqə

Peşəkar komandamız sizi maraqlandıran sual və sorğularınıza cavab verməyə hər zaman hazırdır.