
Kosmik Ticarət İnstitutu (Space Commerce Institute) və Azərkosmos arasında tərəfdaşlıq çərçivəsində həyata keçirilən “Qadınlar üçün Kosmos” mentorluq proqramı yekunlaşıb.
Proqramın bağlanış mərasimində çıxış edən Azərkosmosun Sədr müavini Dunay Bədirxanov Agentlikdə çalışan hər üç nəfərdən birinin qadın olmasını diqqətə çatdıraraq, kosmik sahənin inkişafında qadınların rolunu vurğulayıb, bu gün mentorluq proqramını uğurla bitirən iştirakçıları təbrik edib.
Öz növbəsində təbriklərə qoşulan Azərkosmosun Strategiya və biznesin inkişafı departamenti direktoru Natavan Həsənova bu mentorluq proqramına 150-dən çox müraciətin daxil olduğunu bildirib. Onun sözlərinə görə bu rəqəm Azərbaycanda qadınların milli kosmik sahəyə marağının bariz nümunəsidir.
Mərasimin sonunda “Qadınlar üçün Kosmos” mentorluq proqramının məzunları Qəndab Məmmədovaya, Həcər Nağıyeva, Aysel İbrahimovaya və Xanım Əzimovaya sertifikat və hədiyyə təqdim olundu.
Qeyd edirik ki, ölkəmizdə ilk dəfə keçirilən və üç ay davam etmiş bu mentorluq proqramının əsas məqsədi kosmos sahəsində qadınların tam potensiallarını aşkar etmək və onların qlobal əməkdaşlıqda iştirakını dəstəkləməkdən ibarətdir.
Peşəkar komandamız sizi maraqlandıran sual və sorğularınıza cavab verməyə hər zaman hazırdır.