contact us
75-ci Beynəlxalq Astronavtika Konqresində Azərbaycanı 50-dən çox gənc təmsil edəcək
07 Oktyabr, 2024

75-ci Beynəlxalq Astronavtika Konqresində Azərbaycanı 50-dən çox gənc təmsil edəcək

14-18 oktyabr tarixlərində İtaliyanın Milan şəhərində keçiriləcək 75-ci Beynəlxalq Astronavtika Konqresində Azərbaycanı 52 nəfərdən ibarət tələbə, gənc mütəxəssis və alimlərdən ibarət milli elmi komanda təmsil edəcək.

 

Ötən il Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresindən sonra Azərbaycandan ilk dəfə kosmosun elm profili üzrə beynəlxalq platformada bu qədər yüksək sayla iştirak qeydə alınmışdır. Bunla bağlı, bugün Azərkosmosun nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyanın və Azərbaycan Respublikasının Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin SABAH qruplarının təşkilatçılığı, eləcə də İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə gənclərlə Konqres öncəsi tədbir keçirilib.

 

Xatırladaq ki, Azərbaycandan Milan Konqresinə 345 elmi məqalə təqdim olunmuşdur. Azərbaycanın bu il yüksək göstəriciyə nail olmasında ötən il Bakıda keçirilən Konqresin xüsusi rolu olmuşdur. Milan Konqresinə Azərbaycandan təqdim olunan elmi məqalələrin 90%-i gənclər tərəfindən hazırlanmışdır. Bu da ölkəmizdə kosmik ekosistemin inkişafı yolunda aparılan fəaliyyətlərin nəticəsidir ki, gənclər kosmik sahədə öz elmi məqalələrini beynəlxalq auditoriyaya təqdim edir.

 

Qeyd edək ki, “Dayanıqlılıq naminə kosmik məsuliyyət” (Responsible Space for Sustainability) çağırışı ilə keçirilən 75-ci Beynəlxalq Astronavtika Konqresində Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Milli Aviasiya Akademiyası, ADA Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedoqoji Universiteti, Azərbaycan İdman Akademiyası, Sumqayıt Dövlət Universitetindən formalaşan 52 nəfər tələbə, gənc mütəxəssis və alimlərdən ibarət milli elmi komanda Azərbaycanı təmsil edəcək. Qeyd edək ki, Bakı Konqresinin yaratdığı yüksək səviyyəli tədbir standartı sayəsində dünyada bu ilki Astronavtika Konqresinə maraq artmış və bunun sayəsində Milan Konqresinə 106 ölkədən ümumilikdə 7000-dən çox elmi məqalə təqdim edilmişdir.

image

Bizimlə əlaqə

Peşəkar komandamız sizi maraqlandıran sual və sorğularınıza cavab verməyə hər zaman hazırdır.