77d207f9-9d47-43db-be4a-2fbd1d18dd63.jpg)
Kosmos sahəsində istedadlı kadrların hazırlanmasına və inkişafına töhfə vermək, innovativ kosmik ekosistem yaratmaq, o cümlədən gənclər arasında liderlik, komanda işi və yaradıcılığı təşviq etmək məqsədilə müxtəlif maarifləndirmə layihələrinin təşkil edilməsi, həmçinin müstəqil layihələrin dəstəklənməsi əsas fəaliyyət istiqamətlərimizdəndir

Mükəmməlliyə sadiqliyimiz təqdim etdiyimiz işlərin yüksək keyfiyyətində və sürətlə genişlənən beynəlxalq əməkdaşlıq siyahısında əks olunur. Bu birgə səylər kosmik tədqiqatların gələcəyini və planetimizin rifahını inkişaf etdirmək üçün mühüm addımlardır.

Azərbaycanın kosmik sənaye nüfuzunu artırmaq məqsədilə Azərbaycan Respublikasının Kosmik Agentliyi nəzdində akademik fəaliyyət göstərəcək KOSMİK Akademiya yaradılıb.
3378a7c2-8d20-4542-a8c9-953f870faeed.png)
Kosmik Strategiya 2030 Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafını dəstəkləyən dayanıqlı kosmik proqramın həyata keçirilməsini hədəfləmişdir. Bu strategiya layihəsi kosmik sahə üzrə 2030-cu ilə qədər inkişaf perspektivlərini və kosmik proqramın məqsəd və prioritet istiqamətlərini müəyyən edir.