contact us
headers/telecommunication.jpg

Telekommunikasiya

Afrika, Yaxın Şərq, Avropa, Mərkəzi və Cənubi Asiyadakı tərəfdaşlarımıza video, data və teleport xidmət və həlləri təklif edərək yüksək keyfiyyətli və təhlükəsiz peyk bağlantısı təmin edirik. Biz fərdi mükəmməlliyə əsaslanaraq göstərilən xidmətləri təkmilləşdirməyə və yeni bazarlara çıxmağa çalışırıq.

Download Credentials
image

QISAMÜDDƏTLİ YAYIM İSTİFADƏSİ

Hadisələrin işıqlandırılması və xəbər toplanması üçün ani həllər təqdim edirik. Ən müasir telekommunikasiya infrastrukturu ilə sizə idman, əyləncə və ya son xəbər proqramları daxil olmaqla əsas hadisələri işıqlandırmaqda kömək edə bilərik.

Müraciət et
image

VİDEO GÖNDƏRİLMƏSİ

İnformasiyanın qəbuletmə nöqtəsinə və ya yayım mərkəzinə göndərilməsi xidməti göstəririk. Məzmun peyk yayım mərkəzində qəbul və emal edildikdən sonra peyk vasitəsilə yayımlanır və yerüstü şəbəkələr vasitəsilə qəbul edilib ötürülür.

image

VİDEO YAYIM

Dünyanın müxtəlif hissələrinə müxtəlif formatlarda yüksək keyfiyyətli məzmun təqdim etmək üçün xidmətlərimiz mövcuddur. Belə ki, “Direct to Home” (Birbaşa Peyk Yayımı), “High Definition TV” (Yüksək Dəqiqlikli Televiziya), “Satellite News Gathering” (Peyk Xəbərləri Toplanması) axtarışında olan müştərilər, eləcə də müxtəlif ölkələrdəki kabel televiziyası operatorları kimi vasitəçilərə video məzmun təqdim edən digər yayımçılar üçün video yayım həlləri təklif edirik.

image

PEYKLƏRDƏN MƏLUMATLARIN ALINMASI

Yerüstü infrastruktur imkanlarından asılı olmayaraq, məzmununuzu izləyici auditoriyasına çatdıra bilərsiniz. Bu, həmçinin məzmunun ən uzaq məkanlara belə təhlükəsiz şəkildə ötürülməsinə zəmanət verir.

image

PEYKLƏR VASİTƏSİLƏ MƏLUMATIN ÖTÜRÜLMƏSİ

Yer və peyklər arasında ötürülmədən istifadə etmək imkanı təmin edirik. Peşəkar komandamız tələb olunan məzmunu emal etdikdən və optimallaşdırdıqdan sonra ölçüsündən və formatından asılı olmayaraq nəzərdə tutulan təyinat ərazisinə çatdırılması üçün məlumatı seçdiyiniz peykə ötürür.

image

IP ÜZƏRİNDƏN VİDEO YAYIM

Yüksək keyfiyyətli rəqəmsal video məzmunlarını birbaşa son istifadəçilərə ötürmək imkanı təqdim edirik. Video məzmununu bir cihazdan digərinə ötürmək üçün internet əsaslı metoddan istifadə edirik – burada məlumat müxtəlif axınlara bölünür və İnternet Protokolu (IP) şəbəkəsi vasitəsilə göndərilir.

image

KANAL SİYAHISI

Azerspace-1 və Azerspace-2 peykləri üzərindən yayımlanan televiziya və radio kanallarının tam siyahısı

Daha ətraflı
image

Bizimlə əlaqə

Peşəkar komandamız sizi maraqlandıran sual və sorğularınıza cavab verməyə hər zaman hazırdır.