Azərbaycanın kosmik sənayesinin gənc olmasına baxmayaraq, ölkəmizdə kosmik fəaliyyətin tarixi XIII əsrə gedib çıxır.
1259-cu ildə inşa edilmiş Marağa rəsədxanasının banisi böyük filosof, alim və astronom Nəsirəddin Tusi olmuşdur.
1259
Dahi astronom Nəsirəddin Tusinin adını daşıyan Şamaxı Astrofizika Rəsədxanası 1959-cu ildə yaradılıb və astrofizika, Günəş sisteminin cisimləri, Günəş fizikası və Günəş-Yer əlaqələrinin tədqiqatını aparır.
1959
Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə 1973-cü ildə Bakıda 24-cü Beynəlxalq Astronavtika Konqresi uğurla keçirilmişdir. Bakı regionumuzda bu görkəmli tədbirə ev sahibliyi edən yeganə şəhərdir.
1973
Ölkəmizdə aerokosmik sənayenin inkişafına dəstək vermək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilmişdir.
2009
Azərbaycanın milli peyk operatoru Azərkosmos 3 may 2010-cu il tarixində yaradılmışdır.
2010
Azərbaycanın ilk peyki – “Azerspace-1” 8 fevral 2013-cü il tarixində Fransa Qvianasında yerləşən Qviana Kosmik Mərkəzindən uğurla orbitə buraxılmışdır.
2013
"Azersky" Yerin müşahidə peyki 30 iyun 2014-cü il tarixində Satish Dhawan Kosmik Mərkəzindən uğurla orbitə buraxılmışdır.
2014
Azərbaycanın üçüncü peyki – “Azerspace-2” 26 sentyabr 2018-ci il tarixində Fransa Qvianasında yerləşən Qviana Kosmik Mərkəzindən uğurla orbitə buraxılmışdır.
2018
Bakı Beynəlxalq Astronavtika Federasiyasının Vaşinqtonda keçirilən Baş Assambleyasında 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək şəhər seçilmişdir.
2019
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Kosmik Agentliyi yaradılmışdır.
2021
4 avqust 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Kosmik fəaliyyət haqqında Azərbaycan Respublikasının Qanunu təsdiqlənmişdir.
2023