searchSearch
contact us

Yerin müşahidəsi və CİS həlləri

Biz kənd təsərrüfatı, kartoqrafiya, dağ-mədən sənayesi, ətraf mühit, şəhərsalma, turizm, müdafiə və təhlükəsizlik daxil olmaqla, bir sıra sahələrdə tətbiq olunan həllər təklif edir, müxtəlif sorğuları yerinə yetirmək üçün Yer kürəsinin istənilən nöqtəsindən təsvirlər təqdim edirik. Müxtəlif ərazi və vaxt dövrlərinə aid təsvir arxivimiz isə tərəfdaşlarımıza unikal verilənlər bazası təqdim edir.

Qırılmış meşə ərazisinin aşkarlanması

Qırılmış meşə ərazisinin aşkarlanması aləti peyk görüntülərindən və maşın öyrənməsi alqoritmlərindən istifadə edərək sürətlə artmaqda olan meşə itkilərini izləməyə, o cümlədən bu problemin səbəblərini təhlil edib məqsədyönlü mühafizə tədbirləri həyata keçirmək üçün həll yolları təklif etməyə imkan yaradır. Bu texnologiya meşələrin qırılmasının miqyasını qiymətləndirmək, onun səbəblərini başa düşmək və məqsədyönlü mühafizə tədbirlərini həyata keçirmək üçün əvəzsizdir.

image

Binaların aşkarlanması

Yüksək ayırdetməli peyk təsvirlərindən və qabaqcıl maşın öyrənmə alqoritmlərindən istifadə edən texnoloji həllimiz binaların aşkarlanması üzrə hazırlanmışdır. Geniş coğrafi əraziləri səmərəli şəkildə təhlil edərək binaları və onlarda baş verən dəyişiklikləri müəyyənləşdirməyə imkan yaradan bu alət şəhərsalma, təbii fəlakətlərə cavab tədbirləri və iqtisadi təhlil kimi müxtəlif sahələrdə tətbiq oluna bilər.

image

İstixanaların aşkarlanması

Bu məhsul dərin öyrənmənin müasir seqmentləşdirmə alqoritmlərindən və təsvirlərin geniş çeşidli emal üsullarından istifadə etməklə 90%-dən çox dəqiqliklə istixanaların müəyyən edildiyi və lokallaşdırıldığı seqmentasiya xəritələrinin yaradılmasına imkan verir.

image

Nəqliyyat vasitələrinin aşkarlanması

Bu innovativ məhsul nəqliyyat vasitələrini dəqiqliklə müəyyən etmək üçün qabaqcıl alqoritmlərdən və maşın öyrənmə üsullarından istifadə edir. Sistemin müxtəlif mühitlərə, o cümlədən şəhər, şəhərətrafı və kənd landşaftlarına uyğunlaşması onu yol hərəkəti sxemlərinin monitorinqi üçün faydalı alətə çevirir.

image

Gəmilərin aşkarlanması

Gəmi aşkarlama sistemi qabaqcıl peyk texnologiyası və maşın öyrənmə alqoritmlərindən istifadə edərək limanların səmərəli şəkildə idarə edilməsi, həmçinin təhlükəsizlik və logistika üzrə əməliyyatların təkmilləşdirilməsinə imkan yaradır.

image

Peyk təsvirlərinin keyfiyyətinin artırılması

Dərin öyrənmə alqoritmləri də daxil olmaqla, qabaqcıl hesablama üsulları vasitəsilə peyk təsvirlərinin keyfiyyətini artırmaq imkanını təmin edən bu həll Yer səthində obyektləri və onların xüsusiyyətlərini, mövcud infrastrukturu, təbii bitki örtüyü və geoloji formasiyaları müəyyən edərək ətraflı təhlillər aparmağa imkan verir.

image

GEO360

GEO360 yaratdığımız süni intellekt modellərini istifadəçiyə proses şəklində təqdim edən, verilənlərin emalı üçün nəzərdə tutulmuş platformadır. Bu platforma vasitəsilə istifadəçilər, peyk təsvirlərini yükləyərək müxtəlif süni intellekt modellərini (qırılmış meşə ərazisinin aşkarlanması, binaların aşkarlanması və s.) bu təsvirlər üzərində tətbiq edə bilərlər. Bütün hesablama prosesləri bulud texnologiyası üzərindən həyata keçirildiyindən istifadəçinin əlavə hesablama resurslarına ehtiyacı olmur. Bu sayədə istifadəçilər istədikləri cihazdan veb brauzer vasitəsilə əməliyyatları rahatlıqla icra edə bilər.

image
image

Bizimlə əlaqə

Peşəkar komandamız sizi maraqlandıran sual və sorğularınıza cavab verməyə hər zaman hazırdır.