search
Search
contact us

Yerin müşahidəsi və CİS həlləri

Biz kənd təsərrüfatı, kartoqrafiya, dağ-mədən sənayesi, ətraf mühit, şəhərsalma, turizm, müdafiə və təhlükəsizlik daxil olmaqla, bir sıra sahələrdə tətbiq olunan həllər təklif edir, müxtəlif sorğuları yerinə yetirmək üçün Yer kürəsinin istənilən nöqtəsindən təsvirlər təqdim edirik. Müxtəlif ərazi və vaxt dövrlərinə aid təsvir arxivimiz isə tərəfdaşlarımıza unikal verilənlər bazası təqdim edir.

“WebGIS” proqram təminatı

“WebGIS” internet üzərindən coğrafi informasiya sistemlərinin gücündən istifadə edən və istifadəçilərə veb-brauzerlər vasitəsilə məkan məlumatlarına daxil olmaq və idarə etmək imkanı verən bir vasitədir. Bu texnologiya birdən çox istifadəçiyə eyni vaxtda coğrafi məlumatlarla işləməyə və təhlil etməyə imkan verən real vaxt rejimində əməkdaşlığı və məlumat mübadiləsini asanlaşdırır. Bu platforma şəhərsalma, kadastr, kənd təsərrüfatı, ətraf mühit və ekologiya, fövqəladə halların idarə edilməsi və digər sahələrdə tətbiq olunur və qərarvermə prosesində dəyərli informasiya təmin edir. Müasir rəqəmsal mühitdə güclü alətlərdən biri olan bu proqramın əlçatanlığı və genişlənmə imkanları qurumlar tərəfindən məkan məlumatlarını effektiv şəkildə xəritələndirməyə, təhlil etməyə və paylaşmağa imkan verir.

image

“Farmer App” proqram təminatı

Əkin prosesinin daha optimal və düzgün həyata keçirilməsi təmin edən “Farmer App” proqramı müxtəlif məlumat mənbələrinin vahid verilənlər bazasında toplanması və analizlərin aparılmasına imkan yaradır. Proqramın əsas məqsədi tələb olunan əkin sahəsi ilə əlaqədar peyk təsvirləri əsasında monitorinqin aparılması və nəticədə fermerin hazırkı təsərrüfatı ilə əlaqədar müxtəlif indekslər üzrə (NDVI, NDWI, NDRE) məlumatların avtomatik əldə edilməsindən ibarətdir. Bundan əlavə, poqram istifadəçini bitkilərin vegetasiya mərhələləri haqqında məlumatlandırır, torpaq sahəsindəki dəyişiklikləri hərtərəfli təhlil edərək müvafiq məlumatları istifadəçiyə effektiv şəkildə çatdırır.

image
image

Bizimlə əlaqə

Peşəkar komandamız sizi maraqlandıran sual və sorğularınıza cavab verməyə hər zaman hazırdır.