searchSearch
contact us

Yerin müşahidəsi və CİS həlləri

Biz kənd təsərrüfatı, kartoqrafiya, dağ-mədən sənayesi, ətraf mühit, şəhərsalma, turizm, müdafiə və təhlükəsizlik daxil olmaqla, bir sıra sahələrdə tətbiq olunan həllər təklif edir, müxtəlif sorğuları yerinə yetirmək üçün Yer kürəsinin istənilən nöqtəsindən təsvirlər təqdim edirik. Müxtəlif ərazi və vaxt dövrlərinə aid təsvir arxivimiz isə tərəfdaşlarımıza unikal verilənlər bazası təqdim edir.

MÜDAFİƏ VƏ TƏHLÜKƏSİZLİK

Həllərimiz müdafiə və kəşfiyyat sahələri üzrə təhlükəsizliyi təmin etmək, kritik vəziyyətləri idarə etmək və ortaya çıxan problemlərə vaxtında cavab vermək üçün lazımi məlumatları təmin edir.

KƏND TƏSƏRRÜFATI

Peyk təsvirləri daha səmərəli, gəlirli və dayanıqlı əkinçilik təsərrüfatı üçün əkin və otlaq sahələrini müəyyən edib izləməyə, əkin mövsümündən məhsul yığımına qədər məhsulun sağlamlığını ölçməyə, o cümlədən mövsümdənkənar yetişən bitkiləri təyin etməyə imkan verir. Peyk təsvirləri vasitəsilə müxtəlif bitki növlərinin inkişaf mərhələlərini izləməklə uyğun mövsümdə kənd təsərrüfatına dair vacib məlumatlar əldə etmək də mümkündür.

ŞƏHƏRSALMA

Peyk təsvirləri vasitəsilə kommunal infrastrukturun planlaşdırılması, resursların səmərəli paylanması, sıxlıq və tıxac problemlərinin həlli, müəyyən ərazilərin seçim prosesini asanlaşdırmaq üçün müxtəlif şəhərsalma layihələri üzrə geniş məlumat əldə edə bilərsiniz.

DƏNİZÇİLİK

Peyk görüntülərimiz dəniz ekosisteminə və bütövlükdə ətraf mühitə qarşı olan təhlükələrin qarşısını almaq məqsədilə dəniz və okeanlarda çirklənmənin aşkarlanması üçün əsas vasitədir. Biz həmçinin daha effektiv dəniz naviqasiyası və logistikanı təşkil etmək üçün gəmi aşkarlama həllərini təklif edirik.

ƏTRAF MÜHİT

Yüksək keyfiyyətli peyk təsvirləri ilə istənilən ərazidə baş verən prosesləri müəyyən etmək, qiymətləndirmək və idarə etmək mümkündür. Siz meşə ərazilərini düzgün idarə edə, meşələrin inkişaf prosesini yaxşılaşdıra, su ehtiyatlarını yoxlaya, təbiətdə regional yaşayış mühitinin bərpası üçün ekoloji koridorları müəyyən edə, səhralaşma və torpaq deqradasiyasına məruz qalan əraziləri təhlil edə bilərsiniz.

TURİZM

Yüksək ayırdetməli təsvirlərimiz və ətraflı peyk məlumatları yeni turizm marşrutlarının planlaşdırılması və yeni mühüm turistik məkanların araşdırılmasına imkan verir.

image

Bizimlə əlaqə

Peşəkar komandamız sizi maraqlandıran sual və sorğularınıza cavab verməyə hər zaman hazırdır.