Azərkosmosun Teleportu Dünya Teleport Assosiasiyasının (WTA) “Teleport of Excellence” mükafatının “Hybrid Teleport of the Year” nominasiyası üzrə finalda ilk üçlüyə seçilib.
Vaşinqtonda keçirilmiş SATELLITE 2025 (SatShow) tədbiri çərçivəsində, “Hybrid Teleport of the Year” nominasiyası üzrə finalda Azərkosmosla yanaşı, Kiprın Hellas Sat və Malaziyanın MeaSat şirkətləri də yer alıb.
Bakı Teleportu dünya miqyasında televiziya kanallarının, internet və digər rabitə xidmətlərinin kəsintisiz işləməsini təmin edən bir kosmik mərkəzdir. Teleport 2018-ci ildən bəri öz gəlirlərində 30% artım göstərərək, öz mövqeni beynəlxalq arenada möhkəmləndirib.
“Hybrid Teleport of the Year” nominasiyası, texnoloji innovasiya və davamlı xidmət keyfiyyətinə əsaslanaraq, sənayedəki liderləri mükafatlandırır. Azərkosmosun bu mükafatda finalda yer alması, şirkətin beynəlxalq telekommunikasiya sektorundakı mövqeyinin daha da gücləndiyini göstərir.
Qeyd edək ki, “Hybrid Teleport” termini peyk rabitəsi və yerüstü şəbəkələrin inteqrasiyasını ifadə edir.
Peşəkar komandamız sizi maraqlandıran sual və sorğularınıza cavab verməyə hər zaman hazırdır.