contact us

KOSMİK Akademiya

Azərbaycanın kosmik sənaye nüfuzunu artırmaq məqsədilə Azərbaycan Respublikasının Kosmik Agentliyi nəzdində akademik fəaliyyət göstərəcək KOSMİK Akademiya yaradılıb. Akademiya, yeni kosmik nəsil gəncləri yetişdirmək, beynəlxalq müsabiqələri milli model əsasında təşkil etmək, kosmos elmi və təhsili sahəsində maarifləndirməni artırmaqla milli kosmik ekosistemin inkişafına dəstək vermək, kosmik maarifləndirmə layihələrinin kommersiya fəaliyyətləri ilə maliyyələşməsini təmin etmək, gənclərin asudə vaxtını səmərəli təşkil edərək gənclər siyasətini dəstəkləmək və Azərbaycanın qlobal müstəvidə nüfuzunu artırmaq məqsədini güdür.Bizimlə Əlaqə
Space Academy Logo
image

Qalaktik Kosmik Düşərgə

12 iyun 2000-ci ildən rəsmi fəaliyyətə başlamış Türkiyənin İzmir şəhərində yerləşən Space Camp Türkiye (Türkiyə Kosmik Düşərgəsi) ABŞ-ın Alabama ştatında yerləşən kosmik düşərgədən sonra dünyada ikinci belə düşərgədir. Space Camp Türkiye 9-16 yaşlı məktəblilərə kosmos, aerokosmik mühəndislik, kosmik innovasiyalar, startuplar, texnoloji trendlər, süni intellekt və qlobal süni intellekt kimi istiqamətlərdə ilham vermək və onların maarifləndirilməsini təmin etmək məqsədilə il ərzində 60 ölkədən 260.000-dən çox məktəbli qəbul edir. Düşərgə Alabama ştatının Huntsville şəhərində yerləşən Alabama Kosmik Elm Sərgi Komissiyası tərəfindən lisenziyaya malik olmaqla yanaşı, həm də Türkiyə Düşərgələri Assosiasiyasının qürurlu üzvüdür.

image

Praktik Təcrübə və İnteraktiv Təlimlər

Space Camp Türkiye məktəblilər üçün nəzəri biliklər təqdim etməklə bərabər, həm də praktiki təcrübəni təmin edir. Bu məqsədlə 2D, 3D, 4D texnologiyalarından və simulyatorlardan istifadə edilir. Düşərgənin interaktiv studiyalarında və təlim komplekslərində real həyatdakı kosmik missiyaları təqlid etmək üçün xüsusi olaraq hazırlanmış proqramlardan istifadə edilir. Bu proqramlar STEAM (Elm, Texnologiya, Mühəndislik, İncəsənət və Riyaziyyat) fənləri daxilində geniş spektrli sahələri əhatə etməklə komanda işi, liderlik və ünsiyyət qurma, kritik düşüncə kimi bacarıqları artırır. Bu yanaşma məktəblilərin və valideynlərin 95%-dən yüksək məmnunluq nisbətində əks olunur.

image

Kəşf, Əyləncə və Dostluq

Space Camp Türkiye 9-16 yaşlı məktəblilər üçün hazırlanmış “Qalaktika Yay Düşərgəsi” layihəsini hər ilin iyun-avqust aylarında keçirir. Bu düşərgə kosmos elminin inteqral şəkildə öyrənilməsi ilə yanaşı, elmi kəşflərin edilməsi, əyləncəli fəaliyyətlərin keçirilməsi, qlobal dostluq və mədəni anlaşmanı təşviq edir. Düşərgədəki fəaliyyətlərə “Astronavt simulyator hazırlığı”, “Aya real kosmos uçuşu missiyaları”, “Marsda kolonizasiya”, “Hidrofonika”, “Aeronavtika”, “Aerokosmik təlimlərə hazırlıq”, “Dinamik və cəlbedici şəkildə tənqidi düşüncə” kimi müxtəlif kosmik mövzuları əhatə edən tapşırıqlar daxildir. “Qalaktika Yay Düşərgəsi” iştirakçıları proqramın sonunda beynəlxalq sertifikatla təltif edilirlər.

image

Bizimlə əlaqə

Peşəkar komandamız sizi maraqlandıran sual və sorğularınıza cavab verməyə hər zaman hazırdır.