contact us

KOSMİK Akademiya

Azərbaycanın kosmik sənaye nüfuzunu artırmaq məqsədilə Azərbaycan Respublikasının Kosmik Agentliyi nəzdində akademik fəaliyyət göstərəcək KOSMİK Akademiya yaradılıb. Akademiya, yeni kosmik nəsil gəncləri yetişdirmək, beynəlxalq müsabiqələri milli model əsasında təşkil etmək, kosmos elmi və təhsili sahəsində maarifləndirməni artırmaqla milli kosmik ekosistemin inkişafına dəstək vermək, kosmik maarifləndirmə layihələrinin kommersiya fəaliyyətləri ilə maliyyələşməsini təmin etmək, gənclərin asudə vaxtını səmərəli təşkil edərək gənclər siyasətini dəstəkləmək və Azərbaycanın qlobal müstəvidə nüfuzunu artırmaq məqsədini güdür.Bizimlə Əlaqə
Space Academy Logo
image

Məhəmməd Bin Rəşid Kosmik Tədqiqatlar Mərkəzi

Azərkosmosun Birləşmiş Ərəb Əmirliklərinin Məhəmməd Bin Rəşid Kosmik Tədqiqatlar Mərkəzi (MBRSC) ilə əməkdaşlığı çərçivəsində Azərbaycan universitetlərinin bakalavr pilləsi tələbələrinin Birləşmiş Ərəb Əmirliklərində kosmos, aerokosmik innovasiyalar və texniki fənnlər üzrə təcrübə mübadiləsi proqramı həyata keçirilir. 2006-cı ildən fəaliyyət göstərən MBRSC, Yerin müşahidəsi peyklərinin yaradılması, inkişafı və istismarı, elmi məlumatların hazırlanması ilə məşğuldur. Mərkəzin qlobal məhsulları arasında DubaiSat-1, DubaiSat-2 və 2018-ci ildə orbitə buraxılmış KhalifaSat yer alır. 2023-cü ilin sonunda orbitə buraxılan MBZ-SAT isə dünyanın ən yüksək dəqiqlikli təsvir peyklərindən biridir.

image

Kosmik Missiyalar

MBRSC, 2021-ci ildə Mars orbitinə çatan ilk ərəb missiyası olan “Ümid zondu” (Emirates Mars Mission) ilə Mars atmosferi haqqında mühüm elmi məlumatlar toplamağı hədəfləyir. Bu missiya, “Mars 2117” proqramının inkişafını da həyata keçirir. 2022-ci ildə MBRSC, “Emirates Lunar Mission” çərçivəsində “Rəşid rover”ini Ay səthinə endirərək dünya miqyasında dördüncü olub. Kosmik sahədə insan kapitalına yatırım məqsədilə MBRSC, 2017-ci ildən etibarən “BƏƏ Astronavt Proqramı”na start vermişdir. 2019-cu ildə ilk Əmirlik astronavtı Hazzaa AlMansoori Beynəlxalq Kosmik Stansiyaya uçuş həyata keçirib.

image

Tələbələr Üçün Tədqiqat Təcrübə Proqramı

MBRSC “Bakalavr Pilləsi üzrə Tələbələr üçün Tədqiqat Təcrübə Proqramı” təklif edir ki, bu da tələbələrin kosmos, aerokosmik, IoT, süni intellekt, STEAM və texniki fənnlər üzrə praktiki təcrübə qazanmasına imkan tanıyır. Tələbələr proqram çərçivəsində MBRSC-də bir həftə müddətində təcrübə keçərək Yer, Mars və Ayla əlaqəli tədqiqat layihələrində beynəlxalq alimlərin rəhbərliyi altında iştirak edirlər. Proqram “REU Boot Camp” adlı icbari təcrübə kursunu da əhatə edir. Tələbələr proqramı uğurla başa vurduqdan sonra kredit dərəcəsi əldə edə bilər, MBRSC elmi komandası ilə işləmək imkanı əldə edir və xüsusi sertifikatlarla təltif olunurlar. Bu təcrübə, onların gələcək elmi tədqiqat imkanlarını genişləndirir.

image

Bizimlə əlaqə

Peşəkar komandamız sizi maraqlandıran sual və sorğularınıza cavab verməyə hər zaman hazırdır.