82f42508-53d3-40f0-8cd2-3757e41b2dc3.png)
“Müasir Korporativ Kommunikasiya” modulu
Azərkosmos və Milli Aviasiya Akademiyası (MAA) arasında əməkdaşlıq çərçivəsində, Agentliyin nəzdində fəaliyyət göstərən KOSMİK Akademiya tərəfindən MAA-nın professor-müəllim heyəti və tələbələri üçün “Müasir Korporativ Kommunikasiya” proqramının “Emosional Zəka” modulu yekunlaşıb. 4 ay davam edən proqramda korporativ ünsiyyət istiqamətində 40 simulasiya və 100-dən çox interaktiv fəaliyyət həyata keçirilib. İyunun 25-də Azərkosmos və MAA-nın əməkdaşlarının iştirakı ilə keçirilmiş bağlanış mərasimində modul iştirakçılarına (professor-müəllim heyəti, gənc alim və tələbələrə) sertifikatlar təqdim edilib.